|
|
|
|
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı limanı vasitəsilə ötən il 4 milyon tona yaxın yük daşınıb.
“Report” xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı2 QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.
“Bu il bu rəqəmin bir qədər də artacağını gözləyirik. Hazırda əsas daşımalar Türkmənistan və Qazaxıstan istiqamətindədir. Əməliyyatların 85%-i tranzitdir”, - deyə o, qeyd edib.