https://525.az/img/pics/medium/2023-04/263333_b6bcw5udnj.jpg Kamil Vəli Nərimanoğlunun son arzuları - Əli Şamil yazır
https://525.az/img/pics/medium/2022-02/217791_39zaqiclvy.jpg Paris-Afina-Tbilisi-İrəvan marşrutu ilə Fransadan Ermənistana silah-sursat - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2023-10/289144_y5l42v7hbi.jpg İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
https://525.az/img/pics/medium/2024-03/307218_8ptmqq5r42.jpg Təbib olsam...
search
19 Mart 2024
18 Mart 2024

Günayın adı fırıldaqçılıqda hallanır

Günayın adı fırıldaqçılıqda hallanır

Azərbaycan Modalar Assosiasiyası "Baku Fashion Expo" üçün müsabiqə elan edib. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar telefon kaburası üçün maraqlı eskizlər təqdim edib. Məşhur telefon şirkətlərindən biri isə qalibə ən son model telefon vəd verib. Müsabiqədə məşhur simalarımız da iştirak ediblər. Onlar arasında müğənni Günay İbrahimli və keçmiş ifaçı, modelyer Sehri Rəhimova yer alıb.

Axşam.az-ın məlumatına görə, müsabiqənin nəticələri sənətçilər arasında qalmaqala səbəb olub. Belə ki, Günayın təqdim etdiyi eskiz birinci seçilib. Buna isə həm digər iştirakçılar, həm izləyicilər, həm də Sehri etirazını bildirib.

İnstaqramda yarışmanı keçirən "afdabaku" (Azerbaijan Fashion Designers Association) səhifəsi bütün iştirakçıların təqdim etdiyi eskizləri paylaşaraq, "like" edilməsini tələb edib. Şərtə görə, ən çox bəyəni toplayan eskizin sahibi birinci seçilərək, dəyəri 2 min manat olan telefonu qazanacaq.

Nəticədə isə Günayın paylaşdığı eskiz birinci seçilib. Bunun isə saxta olduğu iddia edilib. Belə ki, Sehri İnstaqram səhifəsində öz fotosunun topladığı səsləri yayımlayıb. Onun şəkli 11 mindən çox "like" topladığı halda, Günayın 8091 bəyəni toplayan şəklinin olması Rəhimovanı özündən çıxarıb. Səhifədə isə digər bütün paylaşımlar silinib və ancaq Günayın eskizi qalıb.

Etirazını bildirən Sehriyə izləyicilər də dəstək olublar. İfaçı yarışma başlayan andan çəkib saxladığı görüntüləri paylaşaraq etirazını bildirib:

"Hazırlaşın, sabah Günaya "halal" telefonunu verəcəklər. Bu fıraldıqçılar əsl istedadlara dəyər verməyi bacarmayanlardır. Onlar Günay İbrahimlinin adından istifadə edərək, saxta fotonu qalib seçiblər. Guya, bu fotonu Günay özü çəkib. Əgər bilsəydim belə ehtiyacları var, 2 min manat olan telefonu özüm alıb, ona bağışlayardım. Guya, Günay eskiz çəkir? O, hələ geyinməyi öyrənməlidir, o ki, qaldı eskiz çəkməsi. Hamı bilsin, bu səhifə yalançılarla, fırıldaqçılarla doludur. Kiminsə rəyi onlar üçün əhəmiyyətli deyil. Əgər düzgün idilərsə, başqalarını silməzdilər".

Məsələylə bağlı Günay İbrahimli Axşam.az saytına açıqlama verib. O bildirib ki, eskizi özü çəkməyib:

"Yazılıb ki, guya eskizin qalibi mənəm, amma belə deyil. Mən məgər rəssamam? Dostumun qızının əl işidir. Dəstək olmaq üçün İnstaqramda paylaşdım. Səhifəmdə yazdım ki, həmin eskizi "like" edin. Burda nə var ki? Qeyd etməmişəm ki, şəklin müəllifi mənəm... Yaxud da həmin səhifə yazmayıb ki, Günay İbrahimlinin əl işidir. Anlaşılmazlıq olub. Həmin səhifəyə də təşəkkürümü yazmışam. Ona görə ki, insanlar mənə görə "like" qoyublar. Mənim bu məsələyə aidiyyatım yoxdur".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.