https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
search
28 Mart 2024

Bu gün Bakıda Avropa Liqasının qalibi müəyyənləşəcək

Bu gün Bakıda Avropa Liqasının qalibi müəyyənləşəcək

Bu gün Avropa Liqasının 2018/19 mövsümünün final oyunu keçiriləcək.

ONA-nın məlumatına görə, həlledici qarşılaşmada İngiltərə klubları “Çelsi” və “Arsenal” üz-üzə gələcək.

Təkcə Avropa deyil, bütün dünyanın diqqəti Azərbaycanın ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionuna yönələcək. İndiyədək Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula-1” üzrə Qran-pri yarışları, həmçinin bir sıra dünya və qitə çempionatlarını qəbul edən Bakı bu dəfə futbol aləminin mərkəzinə çevriləcək.

Avropanın ikinci dərəcəli klub turnirinin həlledici matçı bir sıra məqamlarla tarixə düşəcək. Avropa Liqasında ilk dəfə VAR (Hakimin Video Assistenti) sistemi tətbiq olunacaq. Həmçinin komandalar oyunun sifariş vərəqinə 18 deyil, 23 futbolçu daxil edəcək.

Bakı Olimpiya Stadionu isə bir matçdan ibarət olan finallar üçün azarkeş rekordunu qırmaq imkanına malikdir. 70 min tamaşaçı tutan arena 1999-cu ildə Moskvada qeydə alınan 62 min tamaşaçılıq rekordu yeniləməsi mümkündür.

London derbisinin iştirakçılarına gəlincə, komandalar matça fərqli əhval-ruhiyyə ilə çıxacaq. Premyer Liqadan Çempionlar Liqasına vəsiqə qazanan “Çelsi” mövsümü titulsuz bitirməmək üçün mübarizə aparacaq. “Zadəganlar” tarixində 2-ci dəfə Avropa Liqasının kubokunu başı üzərinə qaldırmaq arzusundadır.

Rəqibi ilə müqayisədə Bakıya iki gün tez gələn “Arsenal”ın əsas hədəfi kuboku qazanaraq Çempionlar Liqasında İngiltərənin 5-ci təmsilçisi olmaqdır. Bu, komanda üçün əlavə stimul olduğu kimi, həm də əlavə təzyiqdir. Vətəni İspaniyada çalışarkən üç dəfə Avropa Liqasının qalibi olan Unay Emeri “topçular”la da eyni uğura imza atıb mütləq rekord vurmaq niyyətindədir. “Arsenal” tarixində ilk dəfə bu mükafata yiyələnmək üçün növbəti imkanı əldə edib. 2000-ci ildə “Qalatasaray”la final matçında uduzan londonlular ikinci cəhddə uğura ümidlidir.

Təbii ki, “Çelsi”nin üzərində müəyyən təzyiqlər var. Komandadan ayrılacağı gündəmdən düşməyən Maurisio Sarri üçün bu qarşılaşma sonuncu ola bilər. Onun yetirmələrindən də bəziləri London klubu ilə məhz Bakıda vidalaşacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.