https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

Əcnəbi azarkeşlər: “Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir”

Əcnəbi azarkeşlər: “Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir”

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

SİA-nın məlumatına görə, UEFA Avropa Liqasının final tarixində ilk dəfə eyni şəhərin təmsilçiləri - Londonun iki nəhəng klubu “Çelsi” və “Arsenal” üz-üzə gələcək.

Bakı Olimpiya Stadionunda təşkil ediləcək matçda ədalət prinsiplərini İtaliyadan olan hakimlər briqadası qoruyacaq.

Oyunda VAR (arbitrlərə videokömək) sistemindən istifadə ediləcək.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.

Azərbaycan bu mötəbər oyuna yüksək peşəkaqrlıqla hazırlaşıb. Ölkəmizdə əsl futbol bayramı qeyd olunur. Paytaxtımıza öz komandasını dəstəkləmək üçün minlərlə turist gəlib.

Dünyanın müxtəlif ölkələrindən gələn azarkeşlər SİA-ya Azərbaycanın mötəbər idman yarışlarını yüksək səviyydədə təşkil etdiyini bildiriblər:

İngiltərəli azarkeş Ray Bots:

- Azərbaycana Londondan gəlmişəm. Avropa Liqasının final oyunun izləmək üçün Bakıdayam. Təşkilatçılıq yüksək səviyyədədir. Burada insanlar qonaqpərvərdirlər. Lazım olanda qonaqlara öz köməkliklərini də əsirgəmirlər. Burda özümü xoşbəxt hiss edirəm . "Arsenal" komandasına azarkeşlik edirəm.

Rusiyalı azarkeş Andrey:

- Təşkilatçılıq yüksək səviyyədədir. Biz "Çelsi"yə azarkeşlik edirik. Bundan əvvəl biz 2013-cü ildə də final oyununu izləmişik. İnsanlar bir-biri ilə dostluq münasibətlərindədirlər. Biz artıq üç gündür ki, Azərbaycandayıq. Bunun insanları bizə çox mehriban münasibət bəsləyirlər. Nə barədə müraciət etsək, köməklik edirlər. Bu da çox sevindiricidir. Bakı çox gözəldir. Xəzər dənizi isə hamımızın xoşuna gəlir.

İranlı azarkeş Moi:

- Bütün təşkilati işlər çox yüksək səviyyədədir və yaradılan hər şəraitdən də razıyıq. Mən "Arsenal" komandasına azarkeşlik edirəm. Bu şəhərə də oyunu izləmək üçün gəlmişəm. Bakını çox bəyənirik.

İngiltərəli azarkeş Devid Edni:

- İngiltərədən Azərbaycana UEFA Avropa Liqasının final oyununu izləmək üçün gəlmişəm. İlk dəfədir Azərbaycanda səfərdəyəm. Bakını gəzmək fürsətim də oldu. Paytaxtınız çox gözəldir. Azərbaycanlılar çox istiqanlı və qonaqpərvərdirlər. Paytaxtınızın sakinləri biz turistlərə hər zaman kömək edirlər. Buradakı təşkilatçılıq çox yüksək səviyyədədir. Bakıda yerləşən məkanlarınız olduqca gözəldir. Xidmət səviyyəsi də yüksək dərəcədədir.

Rusiyalı azarkeş Nikita Medvikov:

- Avropa Liqasının final oyununa baxmaq üçün Azərbaycandayam. "Arsenal" futbol klubunu dəstəkləyirəm. Onu da qeyd edim ki, Azərbaycan xalqı çox nəzakətlidir. Ölkənizdə hər şey əladır, çox bəyəndim.

Küveytli azarkeş Həmid Lazin:

- İlk dəfə Bakıda olmağıma baxmayaraq, burada çox rahatam. Azərbaycanda təhlükəsizlik çox yüksək səviyyədədir. Bakı çox möhtəşəm, gözəl şəhərdir. Buradakı insanlar çox istiqanlı və mehribandırlar. Hər kəs bizimlə çox nəzakətlə davranır və köməklik göstərir.

Bakı Olimpiya Stadionunda olmamışam, lakin, şəkillərini görmüşəm və bilirəm ki, ora yeni, möhtəşəm bir tikilidir. Bakı Olimpiya Stadionunun möhtəşəm bir idman qurğusu olduğunu bilirəm. Orada final oyununa baxmaq mənim üçün çox xoş olacaq.

Vyetnamlı azarkeş Luk:

- Vyetnamdan gəlmişəm. Şəhərinizi çox bəyəndim. Mən "Çelsi"yə azarkeşlik edirəm. İnanıram ki, Avropa Liqasının final matçı olduqca maraqlı keçəcək. Bakıda ilk dəfədir oluram. Paytaxtınızın qədim tarixə malik şəhər olduğunu gördüm. Tarixi abidələriniz diqqətimi çəkdi. Oyundan sonra şəhəri rahat gəzəcəyəm. Hər şey çox gözəldir. Əminəm ki, buraya yenə gələcəyəm.

- Rusiyalı azarkeş Anastasiya:

- Bakıya UEFA Avropa Liqasının final oyununu izləməyə gəlmişik. "Arsenal" futbol klubuna bu gün də azarkeşlik edəcəyəm. Azərbaycanda təşkilatçılıq çox yüksək səviyyədədir. Bu da Bakıya gələn qonaqları sevindirir. Azərbaycanlılar qonaqpərvərdirlər.

Qazaxıstanlı azarkeş Nazar Sultanov:

- Dünən Qazaxıstandan gəlmişəm. UEFA Avropa Liqasının final oyununu izləmək üçün buradayam. Yaxşı ki, Bakıdayam, burda hər şey ürəyimcədir. Bakı küçələrində gəzərkən insanların azarkeşlərə gülərüz baxması çox xoşuma gəlir. İnsanlarınız çox səmimi və mehribandır.

Oyunu səbirsizliklə gözləyirəm. Azarkeşlərə göstərilən diqqət üçün minnətdarlığımı bildirirəm.

İranlı azarkeş İman Kamali:

- Bakıya iki gündür gəlmişəm. Azərbaycanda ilk dəfədir oluram. Burada təşkilatçılıq çox yüksək səviyyədədir. Düşünürəm ki, Azərbaycanda Avropa Liqasının final oyununu izləmək yaddaqalan olacaq. Bu, tarixi bir andır. Burada çox rahatam və yaxşı dincəlirəm. İnsanların bir-birinə gözəl münasibəti var. Həm təşkilatçılığı, həm insanların azarkeşlərə olan səmimi münasibətini yüksək qiymətləndirirəm. Burada futbol bayramının əhval-ruhiyyəsi hiss olunur.

Rusiyalı azarkeş Vyaçeslav:

- Moskvadan oyunu izləmək üçün gəlmişəm. Bir neçə gündür Bakıdayam. UEFA Avropa Liqasının final oyununun Azərbaycanın paytaxtında olması gözəl haldır. İnsanlardan çox gözəl münasibət görürük. Çox məmnunam ki, buraya gəlmişəm. Onu da deyim ki, burada qayda-qanuna ciddi riayət olunur və bu məni sevindirir. Mən "Arsenal" komandasına azarkeşlik edirəm.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.