https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
search
29 Mart 2024
28 Mart 2024

Bakı finalı: turistlərin məmnuniyyəti ön planda

Bakı finalı: turistlərin məmnuniyyəti ön planda

Final oyunu bitdi. Ancaq bu oyunun təəssüratları bilirəm ki, nə futbol azarkeşlərini, nə də bizi uzun müddət tərk etməyəcək. Çelsi qalibdir. Elə biz də. Bakı hər zaman olduğu kimi, bu dəfə də söz-söhbətlərə, qarayaxmalara öz nümunəsi, işi ilə cavab verdi.

İngiltərənin özündə çılğın azarkeşlərin nələr etdiyini yaxşı bilirsiniz. Bakıda da o çılğınlıq oldu, amma "fəlakət" səviyyəsində yox.

Qonaqları güllə qarşılayıb gülə-gülə də yola saldıq. Azərbaycana gəlməkdən məmnun idilər. Həm də mxitaryanların “oyunu” iflasa uğramışdı. Onun adı yazılmış köynəyi geyinib Bakıda var-gəl edib, hay-küy salmaq istəyənlər isə o köynəklərin üstündən hələ bir neçə il qara geyinəcəklər. 

İdman barış siyasətidir və Azərbaycan bu siyasətə elə müharibə meydanında da sadiqdir. Bizim heç bir dövlətin torpağında gözümüz yoxdur...

Bütün sülh platformaları üçün meydanımız genişdir. Gücləndikcə isə top bizdədir, qətiyyətimizi və onu əldən verməmək istəyimizi hər kəs görür, elə Mxitaryanın timsalında Ermənistana xal qazandırmaq istəyənlər də.

Avropa Parlamenti yetkililərindən birinin müsahibələrində: "Mən özümü Azərbaycanda daha təhlükəsiz hiss edirəm" deməsi, eləcə də final oyununu izləməyə, işıqlandırmağa gələn media nümayəndələrinin fikirləri Azərbaycanın qələbəsidir. Gələnlər həm də əsl Azərbaycan gerçəyini, Azərbaycan nümunəsini  gördülər. Qonağa diqqətimiz, qonaqpərvərliyimiz, “tikəmizin düşməni” olduğumuz da, bu xasiyyətimiz də dəyişməyib.

Azərbaycan sabitlik adasıdır. Azərbaycanlılar kimi vətənimizə gələn hər kəsin təhlükəsizliyi, toxunulmazlığı, hüquqlarının qorunması prioritetdir. Turistlər də bunu yaxşı bilirlər. Azarkeşlər də gəldilər, gördülər və bir daha buna əmin oldular. 

Azərbaycan Polisi bu final oyununda tarix yazdı, hər kəsin diqqət mərkəzində oldu. Əcnəbi azarkeşlər, hansılar ki, pulunu, qiymətli əşyasını, oyunda iştirak etmək üçün aldığı bileti itirmişdi, polisimizin sayəsində sıxıntıdan qurtuldular.

Və dünən şahidi olduğum bir mənzərə isə həm qürurverici idi, həm də ürəyi olanlar kövrələrdi də...

28 May metrostansiyasının yaxınlığında dönər almaq istəyən əcnəbiyə, daha doğrusu, ingilisə: "Qonağım olun, bunu pulsuz verirəm”, - deyən həmvətənimin səmimiyyəti qonağı təəccübləndirdi, məni duyğulandırdı. İngilis azarkeş ona Çelsinin bayrağını bağışladı. Dönərçi də borclu qalmadı, piştaxtanın bir başında qoyduğu Azərbaycan bayrağını öpüb, alnına qoyub qonağa verdi... 

Hafiz TƏMİROV
polis mayoru

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.