../img/pics/medium/140494_tw0sud7ll6.jpg Azərbaycandan Ermənistanın təxribatı ilə bağlı BMT baş katibinə etiraz
../img/pics/medium/140497_ih73bjqiyj.jpg Bakıda taxta bazarı yanır - Yenilənib
../img/pics/medium/140496_35159kqwq2.jpg Quşlar təyyarələr üçün ən böyük təhlükə mənbəyidir - Video
../img/pics/medium/140489_2rucmtxm3i.jpg Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır
SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019

Emin: "Bəxtim gətirib ki, narkotikdən istifadə etməmişəm"

Emin: "Bəxtim gətirib ki, narkotikdən istifadə etməmişəm" <b style="color:red"></b>

Xalq artisti Emin Ağalarov Bakıda media nümayəndələri ilə görüşüb. Tədbirdə müğənni Rusiya Milli Anti-Narkotik Birliyinin (NAS) rəhbəri Nikita Luşnikovla birlikdə yer alıb.

Axşam.az xəbər verir ki, Emin Azərbaycanda sözügedən mərkəzin filialını açmaq istəməsindən bəhs edib. "Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə günü"nə həsr olunmuş tədbirdə Ağalarovla yanaşı, Nikita Luşnikov, MMA çempionu Fedor Emelyanenko və kino-teatr aktyoru Pavel Derevyanko iştirak edib.

Emin qeyd edib ki, məqsədi Azərbaycanda narkotiklə bağlı problemlərin həllinə dəstək olmaqdır:

"Azərbaycanı çox sevirəm. Ölkəmdə narkotik probleminin həllinə başlamaq üçün Rusiyadan dostlarımı Bakıya dəvət etmişəm. Bəxtim gətirib ki, özüm narkotikdən istifadə etməmişəm. Bunu böyük uğur hesab edirəm. Çünki işlədiyim sahədə bu, yayılmış bir haldır. 4 uşağım var. İstəyirəm ki, onlar bu təhlükədən maksimum dərəcədə müdafiə olunsunlar. Bu işdə dövlət də mənə dəstək göstərəcək".

Pavel narkotikdən müalicə olunanlarla görüşündən söz açıb:

"Mərkəzə gedəndə müalicə olananlarla tanış oldum. Böyük dərdlər gördüm. Özümün böyük gördüyüm problemlərin əslində, heç nə olduğunu anladım. Nikita ilə tanışlıqdan sonra həyatım dəyişdi. Biz narkotik istifadəçilərinə kömək etməyə çalışırıq. Düzdür, bir çoxları narkotikə güc gələ bilmir".

Rusiya Milli Anti-Narkotik Birliyinin (NAS) rəhbəri Nikita Luşnikov bir vaxtlar narkotik istifadəçisi olduğunu deyib:

"Elə bir narkotik növü yoxdur ki, ondan istifadə etməyim. Asılılıqdan xilas olmaq çətin idi, amma bacardım. Mənə heç bir həkim kömək edə bilmədi. Özümdə güc topladım və bu bəladan xilas oldum. Rusiyada da narkotik çox yayılıb. Bizə müraciət edənlər arasında məşhurlar belə var. Bir çoxları narkotik bəlasından xilas olur, bəzilərinin isə buna iradəsi çatmır.

Təşkilat narkomaniya və alkoqolizmlə mübarizə ilə məşğuldur. Bizim işimiz qeyri-kommersiya üzərində qurulub. Emin ilə ilk dəfə görüşəndə mütləq şəkildə Bakıda da nə isə bir iş görməyin lazım olduğunu düşündük. Hazırda bizi həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyənlər var. Bizə Azərbaycanda müraciət edənlər olub və onlar müalicə dövrünü uğurla başa vurublar".


 
Bölmənin digər xəbərləri
Qriqori Leps: Qriqori Leps: "JARA-nın uğuru Azərbaycanın qonaqpərvərliyi ilə əlaqədardır"
JARA 2019 beynəlxalq musiqi festivalının təşkilatçılarından biri, Rusiyanın əməkdar artisti Qriqori Leps layihənin yekunlarını şərh edib....
30.07.19
Cessika Alba irqçilikdə günahlandırıldı Cessika Alba irqçilikdə günahlandırıldı
"Twitter" istifadəçiləri amerikalı aktrisa Cessika Albanı irqçilik və homofobiyada günahlandırıblar. ...
29.07.19
“Jara-2019”-un bağlanış mərasimi oldu “Jara-2019”-un bağlanış mərasimi oldu
Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2019” Beynəlxalq Musiqi Festivalının möhtəşəm bağlanışı baş tutub. ...
29.07.19
Bakıda növbəti “JARA” festivalı başlayır Bakıda növbəti “JARA” festivalı başlayır
“JARA” festivalı ildən-ilə daha marqlı və miqyaslı olur. ...
26.07.19
Elnur Hüseynov: Elnur Hüseynov: "Mənə insanların dəyər verməyi lazım deyil"
Uzun müddətdir Türkiyənin İzmir şəhərində yaşayan və fəaliyyətini orada davam etdirən müğənni Elnur Hüseynov Bakıya gəlib. ...
24.07.19
Mübariz Mənsimov Yalçın Rzazadə ilə görüşdü Mübariz Mənsimov Yalçın Rzazadə ilə görüşdü
"Uşaqlıq illərindən gördüyün, izlədikləri adamların əbədi yaşamasını istəyir insanoğlu. Sanki onlara bir şey olarsa, sehr pozulacaq, şirin röyadan ayılacaq imişsən kimi gəlir. Yalçın Rzazadə də...
24.07.19
İstirahətə 10 min xərcləyən məşhurlar İstirahətə 10 min xərcləyən məşhurlar
"X maqazin" şou-biznes nümayəndələri arasında sorğu apararaq, onlardan yay istirahətinə xərclədikləri məbləği soruşub....
24.07.19
Kibariyə ərinin 10 milyon borcuna görə evini satdı Kibariyə ərinin 10 milyon borcuna görə evini satdı
Türkiyəli ifaçı Kibariyə həyat yoldaşı Əli Küçükbalçığa görə zərər edib. ...
24.07.19
Emin Dominikan gözəlini klipinə çəkdi Emin Dominikan gözəlini klipinə çəkdi
Xalq artisti Emin Ağalarov "Nejnaya" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib....
24.07.19
Tarkan izləyicilərindən kömək istədi Tarkan izləyicilərindən kömək istədi
Türkiyənin meqastarı Tarkan sosial şəbəkə istifadəçilərindən kömək istəyib. ...
24.07.19
Gökçe Bahadır artıq geri çəkildi Gökçe Bahadır artıq geri çəkildi
Aykut Gürelin layihəsi olan albomla musiqi dünyasına atılan aktrisa Gökçe Bahadır geri çəkilib....
24.07.19
Alla Puqaçova 28 milyona ev aldı Alla Puqaçova 28 milyona ev aldı
Rusiyanın Xalq artisti Alla Puqaçova 28 milyon rubl xərcləməsi ilə gündəmə gəlib....
24.07.19
Flora Kərimova: Flora Kərimova: "Qadın kimi xoşbəxt deyiləm"
"Çox kinliyəm, bunu vaxtında göstərmişəm də. İnsan danışanda fikirləşməlidir. Heç kimi bağışlamıram"....
24.07.19
"Əxlaqi dəyərləri yüksək qadınam"
Türkiyəli sənətçi Aşkın Nur Yengi “İnstaqram” səhifəsində sərt fikirlər yazıb....
19.07.19
Reklam fasiləsində olduğuna inanan Fatimə əsəbiləşdi Reklam fasiləsində olduğuna inanan Fatimə əsəbiləşdi
Rəqqasə Fatimə Fətəliyeva "5/5" proqramının qonağı olub....
19.07.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.