Bu gündən beynəlxaq sərnişin qatarlarında bilet satışı qaydaları dəyişir.
Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, beynəlxaq sərnişin qatarlarında bilet satışının təkmilləşdirilməsi və sərnişinlər tərəfindən biletlərin öncədən alınmasının təmin edilməsi məqsədi ilə, beynəlxalq sərnişin qatarlarına bilet satışı qatarların yola düşməsinə 30 gün qalmış başlayacaq.