Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Naxçıvana səfəri başlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 10-da H.Akarın rəhbərlik etdiyi nümayəndə heyəti “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədilə Naxçıvan şəhərinə gəlib.