İpoteka və Kredit Zəmanət Fonduna yeni səlahiyyətlər verilib.
APA-nın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” , “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” və “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb
Dəyişikliklə İpoteka və Kredit Zəmanət Fonduna yeni səlahiyyətlər verilib.
Kirayə müqaviləsinin bağlanılması üzrə Fond aşağıdakı istifadə imkanlarına malikdir:
1. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxslərin müraciətlərini növbəlilik əsasında qeydiyyata almaq, müraciət edən şəxslə münasib görüş vaxtını təyin etmək;
2. kirayə müqaviləsinin bağlanılması ilə bağlı müvafiq qərar qəbul edildiyi gün bunu müraciət edən şəxsə bildirmək;
3. kirayə müqaviləsi bağlamış şəxslərin dosyesini yaratmaq, redaktə etmək, dosye üzrə sənədlərin surətlərini elektron sistemə daxil etmək;
4. satmaq öhdəliyi ilə kirayəyə verilməsi məqsədilə mülkiyyətində olan yaşayış sahələri barədə məlumatı elektron sistemə daxil etmək;
5. kirayə müqaviləsinin bağlanılması üçün tələb olunan və bu Əsasnamənin 6.2-1-ci bəndində nəzərdə tutulmuş məlumatları almaq;
6. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.