İyunun 12-də Qəbələ şəhərində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə milli müdafiə naziri Hulusi Akar və Gürcüstan müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.
Bu barədə 525.az-a Müdafiə Nazirliyindn məlumat verilib.
Bildirilib ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.