Gürcüstanın müdafiə nazirinin Azərbaycana səfəri başlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 11-də Gürcüstanın müdafiə naziri Levan İzoria Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəlib.