"Hazırda paytaxtda 2 məktəbdə əsaslı təmir işləri davam etdirilir. 3 məktəbin köhnə korpuslar sökülüb, yeni bina və korpusların inşasına başlanılıb".
APA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Rəşad Tağıyev deyib.
O qeyd edib ki, 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb:
"Bundan əlavə, mövcud olan 4 məktəbin binası yenilənib və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb. Eləcə də 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb".