“Park Bulvar - Yay lotereyası” adlı 2 tirajlı stimullaşdırıcı lotereyanın 15 iyunda baş tutan 1-ci tirajında 2 şanslı müəyyənləşdirildi:
1) Razenni-dən yumşaq mebel dəsti qazanan şanslı kuponun nömrəsi: 009698
2) Razenni-dən qonaq otağı mebel dəsti qazanan şanslı kuponun nömrəsi: 013856
11 may-31 iyul tarixlərində davam edən lotereya 2 tirajdan ibarətdir.
Qeyd edək ki, 2-ci tiraj 1 avqustda Park Bulvar ticarət və əyləncə mərkəzində oynanılacaq. Bu tirajda seçiləcək 2 qalib “Nissan” (Kicks) avtomobili və ya “Razenni”dən tropikal yataq mebel dəsti qazanmaq şansı əldə edəcəklər. İştirak qaydası isə olduqca sadədir. Lotereyada iştirak etmək istəyən şəxslər kampaniya müddətində Park Bulvar AVM-də yerləşən istənilən mağaza, əyləncə obyekti, supermarket, habelə qida bölməsində yerləşən istənilən kafe və restorandan (ödəmə terminalları, bank xidmətləri və parkinq istisna olmaqla) toplam dəyəri 50 AZN olan alış-veriş çeki və ya çekləri ilə Park Bulvardakı informasiya mərkəzinə yaxınlaşmalıdırlar. Qeydiyyatdan keçən iştirakçılar lotereya bileti əldə edəcəklər. Birinci tirajda qalib olmayan biletlər 2-ci tirajda da oynanılacaq.
Tirajın nəticələri “Park Bulvar” facebook səhifəsində canlı yayımlanacaq və parkbulvar.az veb-səhifəsində yerləşdiriləcək.