Milli Məclisin növbədənkənar xüsusi sessiyasında plenar iclasların sayı artırılıb.
APA-nın əldə etdiyi məlumata görə, xüsusi sessiyada iyunun 27-də də plenar iclas keçiriləcək.
Buna qədər növbədənkənar xüsusi sessiyada iyunun 28-də, iyulun 9-da və 12-də plenar iclaslarının keçiriləcəyi məlum idi.
Daha iki iclas isə iyunun 13-ü və 14-də keçirilib.