Rəsmi Tehran ölkə sərhədlərinin ABŞ tərəfindən təkrar pozulacağı təqdirdə qətiyyətlə cavab verəcək.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib.
Onun sözlərinə görə, söhbət İranın hava məkanının ABŞ tərəfindən pozulması ehtimalından gedir:
“İran hərbi qüvvələri onlara qarşılıq verəcək”.
Ruhani bildirib ki, vurulmuş ABŞ PUA-sı da İranın hava məkanını pozmuşdu.