"Bu ilin sonuna yaxın daha 5 regional "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayacaq”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, bu mərkəzlər Şamaxı, Balakən, Kürdəmir, Tovuz və Ağcabədidə fəaliyyət göstərəcək: "Eyni zamanda prezident İlham Əliyevin tapşırığı ilə Bakıda da növbəti iki mərkəz açılmalıdır. Bununla bağlı işlər gedir, gələn il ərzində bu mərkəzlər də fəaliyyətə başlayacaq".