../img/pics/medium/138555_q7s0d8cl1q.jpg Dünyanın ən gözəl və üstün Qarabağ atları - Reportaj
../img/pics/medium/138543_lbqq3fpx2o.jpg Akademiyada ədəbiyyatdan - akademizmə - İsa Həbibbəylinin yazısı
../img/pics/medium/138542_pgq8ye8k4m.jpg Odlar yurdunun küləklər şəhəri - Xalq yazıçısı Anar yazır
../img/pics/medium/138537_4mm6hrz6gs.jpg Gürcüstan vətəndaşlarından Azərbaycan sərhəd naryadına qarşı insident - Rəsmi açıqlama
SON XƏBƏRLƏR
15 İyul 2019
14 İyul 2019

Rafael Ağayev: "Həkim Avropa Oyunlarında çıxışıma icazə vermirdi"

Rafael Ağayev: "Həkim Avropa Oyunlarında çıxışıma icazə vermirdi"<b style="color:red"></b>

“Digəri ilə müqayisədə, yer aldığım qrup güclü idi. Türkiyəli Erman Eltemuru və Macarıstanlı Qabor Harspatakiilə ardıcıl iki il finalda olmuşuq. Digər rəqibim - britaniyalı Co Kellaveyi yeni idmançıdır. Onunla bir qədər çətin oldu. Qrupdan birinci yerlə çıxdım”.

Bunları “Minsk 2019” II Avropa Oyunlarında gümüş medal qazanan Azərbaycan millisinin karateçisi Rafael Ağayev “Report”un Belarus paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

75 kq çəki dərəcəsində çıxış edən 34 yaşlı idmançı finalda uduzmasının səbəblərindən danışıb: “Yarımfinalda qarşılaşdığım estoniyalı Pavel Artamonov da gəncdir, onun döyüşlərini izləməmişdim. Hesabda geri düşsəm də qələbə qazandım. Finalda isə indiyə qədər 4 dəfə qalib gəldiyim ukraynalı Stanislav Horuna ilə qarşılaşdım. Səhv etmirəmsə, ona 1 və ya 2 dəfə uduzmuşam. Başlanğıcda 2 xallıq zərbə vurdum. Ancaq hakimlər saymadı. Bunu bəhanə etmirəm. Ardınca 1 xal geri düşdüm. Sonra isə başıma 3 xallıq zərbə buraxdım. İkinci yeri tutdum. Nədənsə bu il məndə heç gətirmir. Hələlik qızıl medalım yoxdur”.

Ağayevin sözlərinə görə, Yay Olimpiya Oyunlarının proqramına daxil edildikdən sonra karatedə rəqabət artıb: “Bura qızıl medal üçün gəlmişdim. Bunu bəhanə kimi demirəm - bu, yarışa cəmi 4 gün ərzində hazırlaşmışam. Çünki Türkiyədə lisenziya yarışında 5-ci döyüşümdə zədə almışdım. Heç həkim Avropa Oyunlarında çıxışıma icazə vermirdi. 25 gün ərzində iynə-dərman və toplardan istifadə edərək ayağa qalxdım. Cəmi 3 gün məşq edib, bura gəlmişdim. Özümə inam vardı, alınmadı. Bu il tilsimi qıra bilmirəm. Gələn yarışlara yaxşı hazırlaşmaq lazımdır. Uduzmağımın digər səbəbi yorğunluqdur. Bu yarışla birgə keçən ildən indiyə qədər 86 döyüş keçirmişəm. Bu, normadan çoxdur. Başqa idman növlərində 20-25 döyüş olur. İki ay fasiləmiz var, dincələcəm. Hədəfim 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına düşmək və qızıl medal götürməkdir”.

Əfsanəvi karateçi II Avropa Oyunlarında medal qazanan bütün Azərbaycan idmançılarını təbrik edib: “Karateçilər olaraq daha çox qızıl medal qazana bilərdik. Özümdən və Firdovsi Fərzəliyevdən də qızıl medal gözləyirdim. Amma alınmadı. Rafiz Həsənov məşqlərdə ən yaxşılardan idi. Sadəcə olaraq, aura onu sıxdı. Başda sərbəst güləşçimiz Hacı Əliyev olmaqla, medal götürən bütün idmançılarımızı təbrik edirəm. O, 26 iyunda - Silahlı Qüvvələr günüdə çempion oldu və qızıl medalını əsgərlərimizə həsr etdi. Mən də istəyirdim ki, qələbəmi həmin əsgərlərimizi dünyaya gətirən, böyüdən analara həsr edim. Qismət olmadı. Gümüş də olsa, medalsız qayıtmıram”.


 
Bölmənin digər xəbərləri
Nazim Süleymanov: Nazim Süleymanov: "Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz"
"Azərbaycan çempionatında 8 klub oynayır. Bunların da 6-sı AFFA tərəfindən maliyyələşir. Hanı "Kəpəz", "Şəmkir", "Xəzər Lənkəran", "Karvan", "Şahdağ",...
10.07.19
"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edəcək....
10.07.19
Messinin restoranı evsizlərə pulsuz xidmət aksiyasına başlayıb Messinin restoranı evsizlərə pulsuz xidmət aksiyasına başlayıb
Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi ilə ailəsinə məxsus olan restoran yeni aksiyaya başlayıb. ...
09.07.19
“Zirə”nin prezidenti istefa verdi “Zirə”nin prezidenti istefa verdi
"Zirə" Peşəkar Futbol Klubunun prezidenti Natiq İsmayılov vəzifəsindən istefa verib. ...
09.07.19
“Judo Club 2012”nin cüdoçusu universiadanın komanda yarışlarında 3-cü oldu “Judo Club 2012”nin cüdoçusu universiadanın komanda yarışlarında 3-cü oldu
İtaliyanın Neapol şəhərində Tələbələrin XXX Yay Universiadası çərçivəsində keçirilən cüdo yarışlarına yekun vurulub....
08.07.19
AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib
AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib...
06.07.19
“Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir –  siyahı “Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir – siyahı
“Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə oyunları üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib. ...
05.07.19
UEFA prezidenti: “Azərbaycanda futbolu sevirlər” UEFA prezidenti: “Azərbaycanda futbolu sevirlər”
“Azərbaycanda futbolu sevirlər. Həmçinin onların hər gün superulduz görmək imkanı da yoxdur”. ...
04.07.19
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti II Avropa Oyunlarının təşkilini qiymətləndirib Beynəlxalq Olimpiya Komitəsinin prezidenti II Avropa Oyunlarının təşkilini qiymətləndirib
“II Avropa Oyunlarında təşkilatçılıq yüksək səviyyədə idi. Avropa Olimpiya Komitələri (EOC) və “Minsk 2019”un Koordinasiya Komissiyası işinin öhdəsindən gəldi. Buna görə şadıq”. ...
02.07.19
Rafael Ağayev: Gələcəkdə daha böyük uğurlar qazanacağıma əminəm Rafael Ağayev: Gələcəkdə daha böyük uğurlar qazanacağıma əminəm
Avropa Oyunlarına gedəcəyim sual altında idi. Buna baxmayaraq, bir neçə günlük məşqlərdən sonra komandanın həkimlərinin razılığını aldım. Qrupdakı rəqiblərim gənc və güclü idilər. Lakin qrupdan...
02.07.19
Azərbaycan yığmasının Minskdən qayıdacağı vaxt dəqiqləşib Azərbaycan yığmasının Minskdən qayıdacağı vaxt dəqiqləşib
İyunun 21-30-da Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin Bakıya qayıdacağı vaxt dəqiqləşib. ...
01.07.19
“Judo Club 2012”: nailiyyətlər artır “Judo Club 2012”: nailiyyətlər artır
Son illərdə respublikamızın idman həyatındakı fəallığı ilə diqqəti cəlb edən “Judo Club 2012” öz uğurlarını davamlı olaraq artırır. Klubun təmsilçiləri istər yerli, istərsə də beynəlxalq...
01.07.19
Rusiyalı gimnast II Avropa Oyunlarının rekordçusu olub Rusiyalı gimnast II Avropa Oyunlarının rekordçusu olub
II Avropa Oyunlarında ən çox medal qazanan idmançıların siyahısı açıqlanıb. ...
01.07.19
Azad Rəhimov: II Avropa Oyunlarında Azərbaycan idmançılarının nəticələrini uğurlu saymaq olar Azad Rəhimov: II Avropa Oyunlarında Azərbaycan idmançılarının nəticələrini uğurlu saymaq olar
Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandığı medalların sayına görə nəticələrini uğurlu saymaq olar. ...
30.06.19
Rusiya yığması vaxtından əvvəl Avropa Oyunlarının qalibi olub Rusiya yığması vaxtından əvvəl Avropa Oyunlarının qalibi olub
Rusiya yığması Belarusda keçirilən Avropa Oyunlarının komanda hesabında medal sayına görə vaxtından əvvəl qalib olub. ...
30.06.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.