https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

Azərbaycan yığmasının Minskdən qayıdacağı vaxt dəqiqləşib

Azərbaycan yığmasının Minskdən qayıdacağı vaxt dəqiqləşib

İyunun 21-30-da Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin Bakıya qayıdacağı vaxt dəqiqləşib.

APA-nın məlumatına görə, təmsilçilərimiz iyulun 1-dən 2-nə keçən gecə Vətənə dönəcəklər.

Karate və akrobatika yığmalarımızı gətirən təyyarə saat 02:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Yunan-Roma güləşçiləri və rəsmi şəxslər 03:35-də, boks millimiz isə 03:40-da Bakıya qayıdacaq.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Oyunlarında 28 medal qazanıb. Bunlardan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.