https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti II Avropa Oyunlarının təşkilini qiymətləndirib

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti II Avropa Oyunlarının təşkilini qiymətləndirib

“II Avropa Oyunlarında təşkilatçılıq yüksək səviyyədə idi. Avropa Olimpiya Komitələri (EOC) və “Minsk 2019”un Koordinasiya Komissiyası işinin öhdəsindən gəldi. Buna görə şadıq”.

Bunları “Report”a eksklüziv açıqlamasında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax “Minsk 2019” II Avropa Oyunları haqda danışarkən deyib. 66 yaşlı almaniyalı funksioner Oyunların çox yaxşı keçirildiyini bildirib.

O, “Bakı 2015” I Avropa Oyunları və “Minsk 2019” II Avropa Oyunları arasında paralel apararkən bildirib ki, heç vaxt iki yarışı müqayisə etmək lazım deyil: “Hər yarış fərqli, özünəməxsus olur. Bakıdakı Avropa Oyunları çox yaxşı təşkil edilmişdi. Minskdəki yarış da yaxşı keçdi”.

Qeyd edək ki, “Minsk 2019” 21 – 30 iyunu əhatə edib. Azərbayan yığması yarışlarda 5 qızıl, 10 gümüş və 13 bürünc medal qazanmaqla, komanda hesabında 10-cu olub. İlk yeri isə 44 qızıl, 23 gümüş və 42 bürünc medalla Rusiya tutub. III Avropa Oyunları 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.