Ermənistan silahlı qüvvələri Baş qərargahının rəisi, general-leytenantArtak Davtyan iyulun 3-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində olub.
A.Davtyan separatçı rejimin rəhbərləri ilə görüşüb.