Böyük Britaniyanın nüfuzlu “Financial Times” qəzetınin 7 və 8 oktyabr buraxılışlarında Azərbaycanın nailiyyətlərinə həsr edilmış “Hansı ölkədir…” adlı iki səhifəlik əlavə dərc edilib.
Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, əlavədə Azərbaycanın Qafqazın lider dövləti olaraq son 10 il ərzində əldə etdiyi nailiyyətlər vurğulanır, siyasət, iqtisadiyyat, beynəlxalq təhlükəsizlik məsələləri, mədəniyyət və idman sahələrində həyata keçirilmiş ən parlaq layihələr oxuculara təqdim edilir.
Məqalədə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi, Azərbaycan prezidenti İlham Əliyevin Böyük Britaniyanın baş naziri Devid Kameronla görüşü, 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına ev sahibliyi, Əfqanıstandakı NATO qüvvələrinə təchizatın 40 faizinin bu ölkə vasitəsilə təmin edilməsi diqqətə çatdırılır, Azərbaycanın Rusiyadan kənar keçməklə Avropanın enerji təminatında oynadığı əvəzsiz rol işıqlandırılır. Britaniyalı memar Zaha Hadidin müəllifi olduğu və dünyanın ən gözəl müasir memarlıq nümunələrindən biri kimi tanınan Heydər Əliyev Mərkəzinin inşası xüsusi qeyd olunur.