"ABŞ-la Azərbaycan arasında əlaqələrin parlaq gələcəyi var".
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.
"Ümid edirəm ki, bu əlaqələr daha da güclənəcək və mən səlahiyyətim dövründə əlaqələrin inkişafı üçün bütün səyləri göstərəcəm", - deyə Ö.Litzenberger bildirib.