Bu ilin ədəbiyyat üzrə Nobel mükafatı kanadalı Alice Munroya verilib.
APA-nın məlumatına görə, kanadalı yazıçı A. Munro bu mükafata müasir qısa hekayə janrında ustalığına görə layiq görülüb.
A.Munro 1931-ci ildə anadan olub.
Nobel mükafatının təntənəli təqdimat mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.