../img/pics/medium/148947_l7fetj9mx4.jpg Seçkidə ilk dəfə iştirak edən gənclərə müraciət
../img/pics/medium/148961_kmgkagqq2b.jpg Aqil Abbas Kürdlər kəndində seçicilərlə görüş keçirib - Fotolar
../img/pics/medium/148952_hy7tsozpog.jpg Bəşəri sənət incisi - İlham Rəhimli yazır
../img/pics/medium/148958_2iw8u9ev6u.jpg Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir – Fotolar
SON XƏBƏRLƏR
24 Yanvar 2020

Nazim Süleymanov: "Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz"

Nazim Süleymanov: "Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz" <b style="color:red"></b>

"Azərbaycan çempionatında 8 klub oynayır. Bunların da 6-sı AFFA tərəfindən maliyyələşir. Hanı "Kəpəz", "Şəmkir", "Xəzər Lənkəran", "Karvan", "Şahdağ", "Turan" və digər klublar? Bunların hər biri futbolumuzun bir rəngi idi. Məgər, ölkə çempionatı tək Bakıdan ibarətdir? Sonra da deyirlər yığma komanda oynamır. 8 klubdan seçim etməyə yetəri qədər futbolçu yoxdur".

Bu sözləri futbol veteranı Nazim Süleymanov "Sputnik Azərbaycan"a müsahibəsində bildirib. Futbolumuzun hazırkı durumu ilə bağlı danışan Süleymanov millimizin  son çıxışları, sabiq klubu "Sumqayıt"dan göndərilməsi və digər məsələlər haqda da fikirlərini açıqlayıb. 

- Milli komandanın son oyunları haqqında çox müzakirələr aparılır. Hərə günahı fərqli yerdə görür - futbolçularda, məşqçidə, AFFA-da və sair.

- Xaricdən kimi istəyirsən gətir, məşqçi kimi bu cür sistemlə yığma komanda formalaşdırmaq olmaz. Bu cür oyunla Avropa çempionatına vəsiqə qazanmaq mümkünsüzdür. Ortaya sual çıxır: əgər bu cür olacaqsa, xaricdən məşqçi gətirmək nəyə lazımdır? Bu qədər vəsait niyə xərclənməlidir? Olmaz ki, bu vəsait elə yerli məşqçilərə ayrılsın? Nazim Süleymanov danışır deyə, onu gətirək söhbəti deyil. Bizim PRO kateqoriyalı nə qədər məşqçimiz var. O maliyyənin üçdə birini onlara versək, görün necə can yandırarlar! U-21 komandamızın Lixtenşteynə məğlubiyyəti aidiyyəti adamlara bir siqnal olmalıdır. Eyni zamanda, bölgə futbolu inkişaf etməlidir.

Bu olmasa futbolçuları haradan yığaq, haradan cəlb edək? Xaricdə oynayan elə də çox futbolçumuz yoxdur. Ölkə çempionatında iştirak edən klublar müstəqil olmalıdır. Klubları yaxşı saxlaya biləcək insanlar var. Sadəcə onlara imkan verilmir. Baxın, 2 milyon əhalisi olan Kosovonun 12, 500 minlik Maltanın 14, qonşu Gürcüstanın 10 klubu yüksək liqada iştirak edir. İkinci liqamızda vəziyyət lap biabırçıdır. Qalib olan komanda yüksək liqaya vəsiqə qazanmır. Bu o deməkdir ki, futbolun inkişafına gedən yolun qarşısını alırıq. Bir sözlə, problem qərar verənlərdədir. Ona görə də yığma komandanın məğlubiyyəti bu gün deyil, daha əvvəldən başlayır.

- "Sumqayıt" futbol klubunda bir müddət baş məşqçi kimi fəaliyyət göstərdiniz. Amma qısa bir zamanda klubdan ayrıldınız. Səbəb nə idi?

- Ayrılmağa səbəb odur ki, klubun rəhbərliyi futbol yox, başqa şeylər haqqında fikirləşir. Futbolçu öz potensialını göstərmək üçün gücünü, ağlını, bacarığını yaşıl meydanda sərf etməlidir. Amma təəssüflər olsun ki, Azərbaycanda elə futbolçular var ki, meydançada yox ondan kənarda "oynayır". "Sumqayıt" mənimlə müqavilə imzalayır, az sonra deyir ki, "bağışla, sənə yaxşı yol". Bəli, deyə bilərsiniz ki, özün yazmısan ərizəni. Amma mən ərizəni yazmasaydım, növbəti oyunu 7:0 "uduzacaqdım". Yəqin nə dediyimi anlayırsınız. "Səbail"lə səfərdə oynayırdıq. 15-ci dəqiqədə 2:0 geridəyik. Hələ bir penalti zərbəsini də rəqib qapımıza vura bilmədi. Bilirsiz bu nə deməkdir? Bu, futbolda başqa şeylərdən xəbər verir.

- Sizdən əvvəl Samir Abbasov da narazı getdi

- Baş məşqçinin çantası həmişə yanında olmalıdır. Mən böyük həvəslə "Sumqayıt"a gəldim. Samirin yenə bir neçə il imkanı oldu klubu formalşdırmağa. Mən gələndə isə artıq nə transfer etmək mümkün idi, nə də dəyişiklik. Hansı ölkədə klub prezidenti həm də menecerdir? Amma bizdə var. Məgər "Sumqayıt" zəif oynayırdı ki, məni uzaqlaşmağa məcbur etdilər? Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz. Hər bir kəs futbol üçün işləməlidir. Öz şəxsi mənafeləri kənara qoymaq lazımdır.

- Hazırda nə ilə məşğulsunuz?

- Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını yaratmışıq. "Sumqayıt"da mənim başıma bu oyunlar gətirildikdən sonra qərara aldıq ki, ittifaq kimi fəaliyyət göstərək. Azərbaycanda yerli məşqçi və oyunçuları klubdan birtərəfli çıxarırlar. Amma xarici futbol mütəxəssisləri, həkimləri, oyunçuların müqavilələrinə xitam verilsə də, onlara axırıncı qəpiyə qədər ödəniş edilir. İstəyimiz bizlərə qaşı haqsızlığın qarşısını almaqdır. Məsələ ilə bağlı AFFA-nın katibi Elxan Məmmədovla da görüşmüşük. Bizim bu təşəbbüsümüzü müsbət qiymətləndirdi. Qeydiyyat məsələsində dəstək olacağını söylədi. Bu işdə mənimlə birlikdə Samir Ələkbərov, Novruz Əzimov, Səmədağa Şıxlarov, Əfqan Talıbov, Babək Alxasov, Nadir Şükürov və digər şəxslər var. Biz birlikdə Gəncə, İmişli. Masallı, Buzovnada futbol ictimaiyyəti ilə görüşdük. İlk növbədə əsas məqsəd genişlənmək və daha sonra konfrans keçirməkdir.

- Olduğunuz yerlərdə hansı problemləri gördünüz?

- Ürək ağrısı ilə qeyd edim ki, Masallıda futbol məktəbi acınacaqlı vəziyyətdədir. Uşaqların məşq etməsi üçün top yoxdur. Buzovnanın o cür təlim məşq bazası nə gündədir. İmişlidə qapının toru yoxdur. 21-ci əsrdə Azərbaycanın bölgələrində futbol bax bu vəziyyətdədir. Əvvəllər maliyyə yox idi, qəbul etmək olardı. Bəs indi? Bu qədər maliyyənin olduğu vaxtda niyə bu problemlər həllini tapmır? Bizim məqsədlərimizdən biri də bu problemləri araşdırmaq üzə çıxarmaq və həll olunmasına yardımçı olmaqdır.


 
Bölmənin digər xəbərləri
“Judo Club 2012”: karateçilər də ilə uğurla başladılar “Judo Club 2012”: karateçilər də ilə uğurla başladılar
Paytaxtın tanınmış idman klublarından olan “Judo Club 2012”nin yetirmələri həm yerli, həm də beynəlxalq yarışlarda yüksək nəticələrə nail olurlar. ...
22.01.20
“Judo Club 2012”: mövsümün ilk yarışında 3 medal  “Judo Club 2012”: mövsümün ilk yarışında 3 medal
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində yeniyetmələr arasında (U-18) cüdo üzrə keçirilən respublika birinciliyində “Judo Club 2012” idman klubunun yetirmələri 2 gümüş, 1 bürünc medal...
21.01.20
UEFA-dan UEFA-dan "Qarabağ"a 260 min 500 avro
UEFA "Qarabağ"a 260 min 500 avro pul ayrııb. ...
16.01.20
“Formula-1” Azərbaycana yarım milyard dollardan çox gəlir gətirib “Formula-1” Azərbaycana yarım milyard dollardan çox gəlir gətirib
Bakıda keçirilən “Formula-1” yarışlarından Azərbaycanın əldə etdiyi gəlirin məbləği müəyyənləşib. ...
15.01.20
"Qarabağ" Beqoviçin "Milan"a transferinə belə reaksiya verdi
"Bornmut" mövsümün ilk yarısını "Qarabağ"da keçirən Asmir Beqoviçi bu dəfə "Milan"a icarəyə verib. ...
14.01.20
Olimpiada-2024-ün ev sahibi bilinib Olimpiada-2024-ün ev sahibi bilinib
2024-cü ildə keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarını qəbul edəcək ölkə müəyyənləşib. ...
10.01.20
Millimizdən gedir Millimizdən gedir
Polina Rəhimova Azərbaycan millisində karyerasını başa vurur. ...
10.01.20
AFFA-dan türkiyəli futbolçuya dəvət AFFA-dan türkiyəli futbolçuya dəvət
AFFA daha bir əcnəbi futbolçunu Azərbaycan yığmasına dəvət edib. ...
10.01.20
Beynəlxalq Olimpiya Komitəsi qaydalarla bağlı işçi qrup yaradıb Beynəlxalq Olimpiya Komitəsi qaydalarla bağlı işçi qrup yaradıb
Lozannada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin illik hesabat yığıncağı keçirilir. ...
09.01.20
"Neftçi" bəyənmədi, "Qalatasaray" aldı
“Qalatasaray” heyətinə yeni futbolçu cəlb edib. ...
09.01.20
"Dinamo" Şeydayevlə yolları ayırdı
Moskva “Dinamo”su millimizin futbolçusu Ramil Şeydayevlə yolları ayırıb. ...
09.01.20
Olimpiya Oyunları dövründə etiraz aksiyaları keçirən idmançılar cəzalandırılacaqlar Olimpiya Oyunları dövründə etiraz aksiyaları keçirən idmançılar cəzalandırılacaqlar
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Olimpiya Oyunları dövründə idmançıların davranışı ilə bağlı yeni qaydaları bəyənib. Yeni qaydalara əsasən, rəsmi mərasimlər və yarışlar...
09.01.20
“Azərbaycan öz məmləkətimiz kimidir” - Mustafa Dənizli “Azərbaycan öz məmləkətimiz kimidir” - Mustafa Dənizli
“Hələ püşkatma günü Türkiyədə futbol ictimaiyyəti sərfəli qrupa düşdüyümüzü düşünürdü. Milllimiz düzgün yoldadır, Şenol Günəşlə birlikdə əla atmosfer yaranıb”. ...
09.01.20
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.