“Hazırda əhalinin icbari tibbi sığorta sahəsində yararlana biləcəyi xidmətlərin toplusu hazırlanır”.
APA-nın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin bağlanış mərasimində deyib.
O bildirib ki, bundan əlavə, tibbi xidmətlərin tariflərinin araşdırılması üzərində işlər yekunlaşıb.
Z. Əliyev qeyd edib ki, qarşıya qoyulan mühüm məsələlərdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır:
“Bununla bağlı normativ hüquqi aktlar hazırlanıb və razılaşdırılması üçün müvafiq qurumlara göndərilib”.