|
|
|
|
"Vladimir Putin və Vladimir Zelenski arasında olan telefon danışığı praqmatik idi".
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu iki prezident arasında baş tutan ilk söhbət idi və tanışılıq xarakteri daşıyırdı”, - deyə Peskov bildirib.
Qeyd edək ki, iyulun 11-də Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ilk dəfə telefon danışığı olub. Telefon bağlantısı barədə təşəbbüs Ukrayna tərəfindən gəlib.