Avropa İttifaqı (Aİ) və Türkiyə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənubi Qaz Dəhlizi" layihəsinin maneəsiz həyata keçirilməsinə böyük dəstək göstərib.
Trend-in məlumatlna görə, bunu Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç "Cənubi Qaz Dəhlizi"nin iştirakçılarından biri olan Türkiyə ilə Aİ münasibətlərindən danışarkən deyib.
Onun sözlərinə görə, Aİ ilə Türkiyə arasında əməkdaşlıq potensialı çox yüksəkdir.
Vitse-prezident qeyd edib ki, layihə gələn il istismara veriləcək:
"Bundan sonra Cənubi Avropa ölkələri, eləcə də Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Türkiyə ərazisi ilə nəql edilən Azərbaycan qazını alacaq".