https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi 122 idmançı təmsil edəcək

XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi 122 idmançı təmsil edəcək

İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək.

AzərTAc xəbər verir ki, bunu iyulun 16-da Milli Olimpiya Komitəsinin (MOK) idman şöbəsinin müdiri Həsənağa Rzayev Festivalda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olan idmançılar və onların məşqçiləri ilə görüşdə deyib.

Nümayəndə heyətinin ümumilikdə 198 nəfərdən ibarət olacağını vurğulayan H.Rzayev qeyd edib ki, festivalda Avropanın 48 ölkəsindən 3900 atlet 135 dəst medal uğrunda yarışacaq.

Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.