|
|
|
|
Azərbaycanda keçirilmiş Prezident seçkiləri Pakistanın aparıcı elektron və çap nəşrləri tərəfindən geniş işıqlandırılmışdır.
525.az-ın məlumatına görə, Pakistanın ən böyük tirajlı urdu dilli “Navai Vakt”, “Janq”, ingilis dilli “Daily Times”, “ The News” qəzetlərində həmçinin “DNA news”, “Radio Pakistan”, “PTV” televiziya kanalında, “Lahor Times” informasiya agentlikləri, “Centreline” və “Diplomatic Star” jurnallarında Azərbaycanda 9 Oktyabr tarixində keçirilmiş seçkilərin 60 yaxın ölkənin təmsilçiləri, həmçinin ATƏT, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Türkdilli Ölkələrin Parlament Assambleyası , MDB və digər təşkilatlardan olan 1400 nəfərdən çox xarici və 52 min yerli müşahidəçinin müşahidə etdiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, senator Müşahid Hüseynin rəhbərliyi ilə 16 nəfərdən ibarət Pakistan nümayəndə heyəti də prezident seçkilərini müşahidə etmək məqsədilə Azərbaycana səfər etmişdir. Bildirilmişdir ki, 1000 dən çox seçki məntəqələrində veb kameralar vasitəsi ilə seçkilərin müşahidə etmək üçün şərait yaradılmış, dünyanın 100-dən çox aparıcı media mənsubları seçkilərdən reportajlar hazırlayıb.
Məqalələrdə tam şəffaf və demokratik şəkildə keçirilmiş seçkilərdə prezidentliyə namizəd cənab İlham Əliyevin 84,73 faiz səslə inamlı qələbə çaldığı vurğulanıb.
Daha sonra yazılarda, Pakistan nümayəndə heyətinin Azərbaycan Respublikasının yeni seçilmiş Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyi vurğulanıb. Bildirilmişdir ki görüşdə, cənab İlham Əliyev Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyə görə minnətdarlığını bildirərək ölkəsinin Kəşmir məsələsində Pakistanın yanında olduğunu qeyd edib.
Dərc edilmiş məqalələrlə aşağıdakı linklərdən tanış olmaq mümkündür:
http://www.dailytimes.com.pk/default.asp?page=2013%5C10%5C11%5Cstory_11-10-2013_pg14_1
http://e.jang.com.pk/10-11-2013/pindi/pic.asp?picname=53.gif
http://www.nawaiwaqt.com.pk/E-Paper/islamabad/2013-10-11/page-12
http://www.radio.gov.pk/newsdetail-55008
http://dnanews.com.pk/2013/10/ilham-aliyev-sweeps-azerbaijan-presidential-election/