https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

“JudoClub 2012”nin üzvü komandamızın bayraqdarı olacaq - Foto

“JudoClub 2012”nin üzvü komandamızın bayraqdarı olacaq - Foto

Paytaxtımız bir neçə gündən sonra daha bir mötəbər idman yarışına – XV Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək.

İyulun 21-də start götürəcək festivalda 48 ölkədən 3900 atlet idmanın 10 növü üzrə mübarizə aparacaq. Azərbaycanı Bakı-2019-da atletika, cüdo, güləş, gimnastika, velosiped idmanı, voleybol, basketbol, həndbol, tennis və üzgüçülük yarışlarında 122 idmançı təmsil edəcək.

Avropa Gənclər Olimpiya Festivalının proqramına daxil olan cüdo yarışlarında komandamız 12 (8 oğlan, 4 qız) idmançı ilə qüvvəsini sınayacaq. Həm oğlanlar, həm də qızlardan ibarət cüdo millimizin üzvləri dörd gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Festival çərçivəsində cüdo yarışları iyulun 24-də start götürəcək. Fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək.

Festivalda iştirak edəcək cüdoçular arasında “JudoClub 2012”nin üzvü Hüseyn Məmmədov (+90 kq) da yer alıb.Klubun istedadlı yetirməsi Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı olacaq.

Məlumat üçün qeyd edək ki, Bakı-2019-un açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.

“JudoClub 2012”nin üzvü komandamızın bayraqdarı olacaq - Foto

“JudoClub 2012”nin üzvü komandamızın bayraqdarı olacaq - Foto

“JudoClub 2012”nin üzvü komandamızın bayraqdarı olacaq - Foto

Şəkil sayı: 3
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.