https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
search
29 Mart 2024
28 Mart 2024

Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək

Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək

Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin (“Ultimate Fighting Championship”in)Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gəlir.

“Qodzilla” qrupun və Azərbaycan Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olacaq beşqat UFC çempionu paytaxtın ən müasir idman klublarından biri olan “Judo Club 2012”də seminar keçəcək.

Dünya şöhrətli UFC və MMA döyüşçüsü seminarda ciu-citsu döyüş sənətinin nəzəriyyəsindən danışacaq və idmançılara müxtəlif döyüş fəndlərinin icrasını göstərəcək.

Seminar iyulun 20-də saat 17:00-da “Judo Club 2012”nin idman zalında təşkil olunacaq.

Tədbirdə tanınmış idmançılarla yanaşı, ölkəmizin döyüş növləri üzrə federasiyalarının rəhbərlərinin də iştirakı gözlənilir.

Məlumat üçün qeyd edək ki, dünya şöhrətli UFC və MMA əfsanəsi, Oktaqonun yaradıcısı, məğlubedilməzbraziliyalı ciu-citsu ustasıRoys Qreysi bu idman növünün dünyada tanınmasının əsas səbəbkarıdır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.