Azərbaycanda “Kanal 5” adlı yeni internet televiziya yaradılıb.
Adıçəkilən kanalın rəhbəri, politoloq Ramiz Alıyevin verdiyi məlumata görə, əsas məqsədləri ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələri işıqlandırmaq, media aləminə töhfələr verməkdir.
Bundan başqa, tamaşaçılar televiziya efrində sosial-iqtisadi, mədəni sahələrdə, o cümlədən, vətənpərvərlik mövzusunda araşdırma, təhlil xarakterli verilişlər izləyə biləcəklər.
“Kanal 5”i “www.kanal5.az” saytı ilə yanaşı, sosial şəbəkələr vasitəsilə (İnstagram: “@kanal5_tv”, Facebook: “Kanal 5 tv”, Youtube: “Kanal 5” ) izləmək mümkündür.