../img/pics/medium/146496_wy1r6cmqsj.jpg Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - Sərəncam
../img/pics/medium/146479_trl1t6fymm.jpg "Pikkolo" təqdim edir... - Resenziya
../img/pics/medium/146477_gvckosnkkn.jpg Mələk dizi - Hekayə
../img/pics/medium/146474_8outha4mcr.jpg Yaqub Məmmədov: Yerlə göy arasında
SON XƏBƏRLƏR
5 Dekabr 2019

"Həddinizi aşdınız!" - "ATV maqazin" də qalmaqala qoşuldu

"Həddinizi aşdınız!" - "ATV maqazin" də qalmaqala qoşuldu<b style="color:red"></b>

"Görəsən, Brillinat Dadaşovanın dərdi-səri nədir? Xanım Dadaşova statusları ard-arda düzüb. Sual verəndə isə eşitmir, amma efirdə deyilənlər qulağına yaxşı çatır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova tərəfindən tərəfkeşlikdə ittiham edilən "ATV maqazin onlarla" proqramının müxbiri Ruslan Ağayev sosial media hesabında yazıb.

O, müğənninin "Yaxşı ki, Mirzə Babayev səsi olmayanların pulnan satın alınan bəzi maqazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən "əsas müğənni" adlandırıldığını da görmədi" sözlərinə cavab verib:

"İşinizə yaramayanda savadsız olarıq. Amma bax orda həddinizi aşdınız! Tutduğunuz pillə belə, sizə kimisə təhqir etməyə ixtiyar vermir! Siz axı bizdən savadlı və böyüksünüz. Heç olmasa rəhmətlik Mirzə Babayevlə bağlı paylaşımda "sözyeritmə" üsulundan istifadə etməzdiniz..

Rusiya və Türkiyə şou biznesində belə maqazin proqramları sənətçiləri özünəməxsus titullarla təqdim edir, maraq qatır. Hətta "10lar" proqramının dövründən bizdə bu adət ənənə var idi. İlk dəfə mən bu adları yazırdım və Afaq Gəncəli səsləndirirdi. Maraqlısı budur ki, tamaşaçı da qəbul edirdi və dillərə düşürdü. Hətta qonşu TV-lər də bu təqdimata qoşulurdu. Məsələn: Ölkənin əsas ulduzu Aygün Kazımova, Milyonların sevimlisi Röya Ayxan, Şou-biznesin əsas prodüseri Tarix Əliyev və s. titullar. Bizim reytinqimizə ehtiyacınız yox idisə, hər klip təqdimatında 18 nəfər zəng edib, niyə yalvar-yaxarla bizi dəvət edirdiniz? Sizin reytinqiniz sizə qalsın, bizim daha reytinqli əsas ulduzlarımız var. Bir az rahatlayın, unutmayın son rəy də tamaşaçınındır. P.S: Sizə də titul düşünə bilərik. Çox da əsəbiləşməyin".

B.Dadaşova isə sözügedən paylaşıma rəy bölməsində cavab yazıb. O, Ruslan Ağayev və Afaq Gəncəlinin ünvanına "Sizinshow" səhifəsində təhqiredici sözlər işlədib:

"Müstəqil Azərbaycan qurduq. Amma heyif ki, ekranlarımız əksər hallarda sırtıq və savadsızların, ortalıq meymunlarının əlində qaldı. Yorulmadınız? Allah sizə haqqı nahaqqa satmağın günah olduğunu indiyədək göstərməyib? Çox şükür ki, sənətim yüksək olduğuna görə, maqazin proqramlarına, boş PR-a ehtiyacım olmadığından sizi yaxına buraxmamışam. Ona görə də yazıq İlhamə Quliyevanı məni pisləməyə öyrədirdiniz, indi hər verilişinizə gələnə reytinq üçün məndən bəhs etdirirsiniz. Özü də təbii ki, özünüzə yaraşan üslubda - mənfi".

Qeyd edək ki, müğənninin "ATV maqazin onlarla" proqramına olan ittihamları "Jara" festivalı ilə bağlı yayımlanan sujetdən sonra başlayıb. Belə ki, göstərilən kadrlarda Ruslan Ağayev sənətçiyə sual ünvanlayır. O isə sualı eşitmədiyini deyir. Daha sonra B.Dadaşovanın A.Kazımovanın mahnısına oynadığı görüntülər nümayiş etdirilir və Afaq Gəncəlinin "Müxbirimizin sualını eşitməsə də, Aygün Kazımovanın ifasını çox yaxşı eşitdi. Hətta xanım Dadaşova divanın ifası zamanı ortadan belə çıxmadı" şərhi səsləndirilib.

Daha sonra isə "ATV maqazin onlarla" proqramının "Məşhurla üç dəqiqə" rubrikasında son iki bölümdə B.Dadaşovadan bəhs edilib.

Əvvəlcə prodüser Təranə Səmədova sənətçinin ulduzunun söndüyünü deyib, ondan sonrakı bölümdə qonaq olan Afaq Gəncəli isə "Faiq Ağayev, ya Brilliant Dadaşova" sualı zamanı ifaçının sənətinin qarşısında baş əydiyini desə də, Faiq Ağayevi daha üstün tutduğunu qeyd edib.


 
Bölmənin digər xəbərləri
Xumar Qədimova Xumar Qədimova "Neylərəm" layihəsini təqdim etdi - Fotolar
Bu gün "AzərKitab"da Əməkdar artist Xumar Qədimovanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Neylərəm" qəzəlinə həsr olunmuş kompozisiya və klipinin təqdimatı keçirilib. ...
01.11.19
Fədayə Laçın: Fədayə Laçın: "Sevənlərimdən üzr istəyirəm"
Bu gün həbsdən azadlığa buraxılan Fədayə Laçın jurnalistlərin suallarını cavablandırıb. ...
29.10.19
Fədayə Laçın azadlığa buraxıldı Fədayə Laçın azadlığa buraxıldı
Bakıda məhbusların qaçmasına görə həbs edilən müğənni Fədayə Laçın 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb. ...
29.10.19
Uşaqları üçün bir araya gəldilər Uşaqları üçün bir araya gəldilər
Dünya şöhrətli müğənni Cennifer Lopez nişanlısı Aleks Rodriqeslə birlikdə keçmiş əri müğənni Mark Entoni və onun sevgilisi Rafaella Modunya ilə görüşüb. ...
22.09.19
Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər
"Elə sənət adamları var ki, yazıqlığı uğurlu addım hesab edirlər. İnsanlar var ki, illərlə camaatın hissiyatı ilə oynayıb, saymazlıq edib, bir dəfə çıxır ağlayır, hər şey bitir. Millətimiz...
22.09.19
Sıla onunla ayrıldı Sıla onunla ayrıldı
Türkiyəli müğənni Sıla Gençoğlu illərdir birlikdə çalışdığı musiqişi dostu Efe Bahadırla ayrılıb. ...
22.09.19
Tarkandan qızına milyonluq hədiyyə Tarkandan qızına milyonluq hədiyyə
Meqastar Tarkan qızı Liya üçün bank hesabı açdırıb. ...
11.09.19
"Məni istəməyənləri məhv edirəm"
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova Xalq artisti Brilliant Dadaşovanın repertuarına müraciət edib....
11.09.19
Günay saçlarını dəyişdi Günay saçlarını dəyişdi
Müğənni Günay İbrahimli saç düzümündə dəyişiklik edib....
08.09.19
8 ildir sənətdən gedən Arzumun yeni görüntüləri - Foto 8 ildir sənətdən gedən Arzumun yeni görüntüləri - Foto
Bir zamanlar mahnıları və rəqsləri ilə diqqət mərkəzində olan müğənni Arzum Xəlilova uzun müddət öncə sənətdən getmişdi. ...
08.09.19
Ayrıldıqdan sonra ilk dəfə foto paylaşdı Ayrıldıqdan sonra ilk dəfə foto paylaşdı
Aktrisa Miray Danerlə aktyor Kubilay Aka ayrılığının üzərindən həftələr ötsə də, cütlük gündəmdən düşmür. ...
06.09.19
Röya: Röya: "Qəşəng qız baha olar"
"İnstaqramdakı informasiyalardan bezdim: biri arvadını başqa kişi ilə tutdu çəkdi. Bunları görmək istəmirəm. Ola bilər səhvimiz olub, bunlarla böyümüşük. Amma incəsənətdəkilərin səhvlərindən...
06.09.19
Dilarə onları polisə verəcək Dilarə onları polisə verəcək
Əməkdar artist Dilarə Əliyevaya qarşı saxtakarlıq edilib. ...
06.09.19
Qriqori Leps: Qriqori Leps: "JARA-nın uğuru Azərbaycanın qonaqpərvərliyi ilə əlaqədardır"
JARA 2019 beynəlxalq musiqi festivalının təşkilatçılarından biri, Rusiyanın əməkdar artisti Qriqori Leps layihənin yekunlarını şərh edib....
30.07.19
Cessika Alba irqçilikdə günahlandırıldı Cessika Alba irqçilikdə günahlandırıldı
"Twitter" istifadəçiləri amerikalı aktrisa Cessika Albanı irqçilik və homofobiyada günahlandırıblar. ...
29.07.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.