../img/pics/medium/169682_aqfcey0wrz.jpg Milli Məclisin ilk iclas gündəliyinə 22 məsələ daxil edilib - Yenilənib
../img/pics/medium/169680_lpl5ta6r11.jpeg İlham Əliyev BMT Baş Assambleyasının sessiyasında mühüm təkliflər irəli sürüb
../img/pics/medium/169678_4wmomlnahk.jpg Sabahkı "525-ci qəzet"də - ANONS
../img/pics/medium/169676_e1pnzpca1p.jpg "525-ci qəzet"in 25 sentyabr sayında nələr var? - ANONS
SON XƏBƏRLƏR
25 Sentyabr 2020
24 Sentyabr 2020

Azər Axşam onları məhkəməyə verəcək

Azər Axşam onları məhkəməyə verəcək<b style="color:red"></b>

Aparıcı Azər Axşam barəsində informasiya portallarında və sosial şəbəkələrdə yayılan saxta məlumatlarla bağlı hüquq müstəvisində tədbirlər görəcək.

Bu barədə sənətçi Axşam.az-a məlumat verib.

Yazılı informasiyada deyilir:

"Bir neçə vaxtdır ki, naməlum şəxs və ya şəxslər tərəfindən internet informasiya ehtiyatında saxta istifadəçi adı ilə mənə qarşı böhtan kampaniyası aparılır, bəzi hallarda isə şərəf, ləyaqətimi və işgüzar nüfumuzu ləkələyən təhqiredici məlumatlar yayılır. Dözümlülük nümayiş etdirərək, şəxsin əməlindən əl çəkəcəyini düşünmüşəm. Lakin öz qeyri-etik, əxlaqi dəyərlərlə uzlaşmayan davranışlarını davam etdirən bu şəxs, hətta ayrı-ayrı saytlara verdiyim müsahibələrim məzmununu saxtalaşdırmaqdan, anamın adından saxta profil açıb bu vasitə ilə barəmdə həqiqətə uyğun olmayan, yalan məlumatları yazmaqdan belə çəkinməyərək, mənəviyyatsızlığa, vicdansızlığa yol verib.

Bu şəxslərin yazdığı məlumatları yayan media işçilərinə də təsadüf edilir. Buna görə də məsələnin hüquqi yolla həlli üçün hüquqşünaslara müraciət etmişəm.

Media nümayəndələrindən xahiş edirəm ki, saxta ad altında yazılan böhtan və təhqirlərin yayılmasına icazə verməsinlər".

Qeyd edək ki, bir neçə gün öncə A.Axşamın həyat yoldaşından əlil olduğu üçün ayrılması barədə xəbərlər yer alıb.


 
Bölmənin digər xəbərləri
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.