|
|
|
|
İyulun 23-də Türkiyənin Ərzurum şəhərində yerləşən Palandökən logistika mərkəzindən Gürcüstana ilk ixrac qatarı göndəriləcək.
Bu barədə “APA-Economics” Türkiyənin Dövlət Dəmir Yolları qurumunun məlumatına istinadən xəbər verir.
Məlumata əsasən, yük qatarı Türkiyə ilə Gürcüstan arasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə hərəkət edəcək .
“Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Türkiyə ilə bölgə ölkələri arasında yükdaşımaların sürətləndirilməsinə xidmət edəcək”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, 2017-ci ilin oktyabrında istifadəyə verilən BTQ dəmir yolu xətti Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilib.