|
|
|
|
“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiya, siyasi, iqtisadi, mədəni, ən əsası inqilabi bir layihədir”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Bakıda "Si Cinpinin yeni dövr Çin səciyyəvi sosializm ideyası” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, ötən illər ərzində Azərbaycan bu layihənin həyata keçirilməsi ilə bağlı öz tövsiyələrini verib:
“Digər tərəfdən, Çindən Avropaya gedən yolda Ələt limanı vacib rol oynayacaq. Bu yaxınlarda Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Ələt limanın əhəmiyyətini vurğulayıb”.