../img/pics/medium/163107_n5rxk3qxyo.jpg Rəşad Məcid: "Prezidentin bu sərəncamı jurnalistlərdə xoş ovqat yaratdı"
../img/pics/medium/163104_h28vp178eu.jpg İddiasız yaşaya bilmək - Professor Nəsir Əhmədlinin doğum gününə
../img/pics/medium/163102_gu1hp5klho.jpg Qısa ömrün böyük və aydın izləri - Şahanə Müşfiqin yazısı
../img/pics/medium/163106_ssyj56p8xq.jpg Azərbaycan polisi: Anda sədaqət nümunəsi
SON XƏBƏRLƏR
2 İyul 2020

Messi bir oyunluq cəza aldı

Messi bir oyunluq cəza aldı<b style="color:red"></b>

Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi bir oyunluq cəzalandırılıb.

APA-nın məlumatına görə, 32 yaşlı hücumçu Amerika kuboku zamanı Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) ünvana səsləndirdiyi ittihamlar üçün diskvalifikasiya edilib.

O, DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununu buraxacaq. Bundan başqa, futbolçu 1500 dollar cərimə edilib. L. Messi KONMEBOL-dan üzr istədiyi üçün cəzası yüngül olub.

Qeyd edək ki, turnirin yarımfinal oyununda Braziliyaya 0:2 hesabı ilə uduzduqdan sonra L. Messi matçın hakimini VAR-dan istifadə etmədiyi üçün tənqid etmişdi. O, həmçinin KONMEBOL-u korrupsiyada günahlandıraraq, mükafatlandırma mərasiminə də qatılmamışdı.


 
Bölmənin digər xəbərləri
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.