../img/pics/medium/152407_a5y6fjerqx.jpg Ədəbi-ictimai və pedaqoji fikir tariximizdə müstəsna yer tutan ədib - Haqverdiyev-150
../img/pics/medium/152409_z9mfmhiv9v.jpg Ədəbiyyatımızın və mədəniyyətimizin unudulmaz Qəmküsarı - Araşdırma
../img/pics/medium/152413_om0je9y5bw.jpg Təşəkkür borcu - Hekayə
../img/pics/medium/152403_ic2yrdhh1y.jpg "Bilirdim ki, məşhur olacağam..." - "Jay Meel" ilə müsahibə
SON XƏBƏRLƏR
27 Fevral 2020

Ağır çəkili qızıl medalçımız - “Judo Club 2012”nin yetirməsi - Foto

Ağır çəkili qızıl medalçımız - “Judo Club 2012”nin yetirməsi - <b style="color:red">Foto </b> Bakıda uğurla başa çatan XV Avropa Gənclər Olimpiya Festivalı Azərbaycan cüdoçuları üçün də yaddaqalan olub.

Heydər Əliyev adına İdman Arenasında tatami üzərinə çıxan 12 (8 oğlan, 4 qız) idmançımızdan 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb.

Cüdoçularımız komanda hesabında üçüncü yeri yeri tutublar. Ayrılıqda oğlanlardan ibarət komandamız birinci pillədə qərarlaşıb.

Mötəbər yarışın qızıl medalna layiq görülənlərdən biri “Judo Club 2012”nin yetirməsi Hüseyn Məmmədovdur. Ən ağır çəkidə (+90 kq) mübarizə aparan gənc cüdoçumuz ilk görüşdə almaniyalı rəqibi Daniel Udsilauriyə, sonra isə yunanıstanlı Aris Aristotelis Leonidisə qalib gəlib.

Yarımfinalda moldovalı Alin Baqrini üstələyən Hüseyn finalda rusiyalı Ahmed Maqomedovla qarşılaşıb və tatamini qalib kimi edib.
 
Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanan cüdoçumuz bu möhtəşəm idman bayramının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı olub.

Hüseyn Məhəmmədo deyir:

“Yarışlar çox çətin keçdi. Komandamızın aktivinə qızıl medal yazdırdığım üçün çox sevinirəm. Bu qələbə karyeramda qazandığım ən böyük uğurdur. Avropa Gənclər Olimpiya Festivalının medalı mənim üçün çox dəyərlidir. Qələbəmdə əziyyəti olan məşqçilərimə, həmçinin bizə dəstək olan Azərbaycan Cüdo Federasiyasına və  “Judo Club 2012” klubunun rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qarşıda bizi Qazaxıstanda təşkil olunacaq dünya çempionatı gözləyir. Həmin yarışda da böyük ruh yüksəkliyi ilə çıxış edərək mükafatçılar sırasında yer almağa çalışacağam”.

Hüseyn Məmmədovun qələbəsinə hədsiz dərəcədə sevinənlərdən biri də onun şəxsi məşqçisi, “Judo Club 2012”nin cüdo üzrə baş məşqçisi, Azərbaycanın Əməkdar məşqçisi Tərlan Həsənovdur. Yetirməsinin Bakı-2019-da qazandığı uğuru yüksək nəticə kimi dəyərləndirən mütəxəssis Azərbaycan cüdosunun Hüseyn Məmmədovun timsalında yeni bir ağır çəkili pəhləvan qazandığını qeyd etdi:

"Hüseyn 8 yaşından cüdo idman növü ilə məşğul olur. Hələ idmana yeni başlayan vaxtlarından onun çox böyük fiziki gücə malik olduğunu müşahidə etmişdim. Hüseynin, həqiqətən də, gələcək üçün böyük potensial vəd edən idmançı olacağını düşünürdüm. Yaşının az olmasına baxmayaraq, o, ən ağır çəkili idmançıların yarışında fəallığı ilə seçilirdi. Hüseyn bu yarışa qədər, respublika çempionatları ilə yanaşı, Avropa Kuboku və digər beynəlxalq turnirlərdə medallar qazanıb. Bu ili gənc idmançı üçün uğurlu adlandırmaq olar. Belə ki, o, ötən ay Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa birinciliyində üçüncü yeri tutub.  Avropa Gənclər Olimpiya Festivalındakı tarixi nailiyyət isə bu istedadlı cüdoçunun daha böyük qələbələrinin müjdəçisidir. Onun hələ 17 yaşı var. İnanıram ki, Hüseyn gələcəkdə ustalıq səviyyəsini daha da artıraraq, dünya, Avropa və Olimpiya Oyunlarının mükafatçıları sırasında yer alacaq”.

 

Ağır çəkili qızıl medalçımız - “Judo Club 2012”nin yetirməsi - Foto

Ağır çəkili qızıl medalçımız - “Judo Club 2012”nin yetirməsi - Foto

Ağır çəkili qızıl medalçımız - “Judo Club 2012”nin yetirməsi - Foto

Ağır çəkili qızıl medalçımız - “Judo Club 2012”nin yetirməsi - Foto

Ağır çəkili qızıl medalçımız - “Judo Club 2012”nin yetirməsi - Foto

Ağır çəkili qızıl medalçımız - “Judo Club 2012”nin yetirməsi - Foto

Ağır çəkili qızıl medalçımız - “Judo Club 2012”nin yetirməsi - Foto

Şəkil sayı: 7

 
Bölmənin digər xəbərləri
Azərbaycan startapı NBA-də çıxış edən komandanın müsabiqəsinə qatılıb Azərbaycan startapı NBA-də çıxış edən komandanın müsabiqəsinə qatılıb
Azərbaycanda icrası başlanan "Lia" startap layihəsi ABŞ-ın Milli Basketbol Assosiasiyasının (National Basketball Association – NBA) peşəkar liqasının (NBA) ilk onluğuna daxil olan "Sacramento...
27.02.20
Nazir: Nazir: "İdmançılarımıza koronavirusla əlaqədar heç bir məhdudiyyət qoymamışıq"
"Hazırda idmançılarımıza koronavirusla əlaqədar hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq". ...
27.02.20
Ərdoğan Türkiyə futbol yığmasının Bakıda keçirəcəyi oyunları izləmək niyyətindədir Ərdoğan Türkiyə futbol yığmasının Bakıda keçirəcəyi oyunları izləmək niyyətindədir
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan bu ilin iyun ayında futbol üzrə Avropa çempionatında Türkiyə yığmasının Bakıda keçirəcəyi oyunları izləmək niyyətindədir. ...
25.02.20
“Judo Club 2012”nin karateçilərindən növbəti uğur “Judo Club 2012”nin karateçilərindən növbəti uğur
Fevralın 22-23-də Slovakiyanın paytaxtı Bratislavada karate üzrə 40-cı Slovakiya Qran-prisi keçirilib. ...
25.02.20
Milli Paralimpiya Komitəsinin rəhbərliyində dəyişiklik olub Milli Paralimpiya Komitəsinin rəhbərliyində dəyişiklik olub
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) rəhbərliyində dəyişiklik olub. ...
21.02.20
“Tokio-2020” Olimpiya Oyunları ilə bağlı oyuncaqlar satışa çıxarılıb “Tokio-2020” Olimpiya Oyunları ilə bağlı oyuncaqlar satışa çıxarılıb
Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə ABŞ-ın “Mattel” oyuncaq şirkəti arasında imzalanan razılaşmaya əsasən, “Tokio-2020” Yay Olimpiya Oyunlarına həsr olunun oyuncaqların ilk partiyası satışa...
19.02.20
Futbolumuzda yeni istedad göründü - Aydın Bağırovun yazısı Futbolumuzda yeni istedad göründü - Aydın Bağırovun yazısı
Premyer Liqamızın 17-ci turunun ötən bazar günü keçirilən "Səbail" - "Qəbələ" qarşılaşmasını, rəsmi protokola əsasən, stadiondan 650 tamaşaçı izləyirdi. Bəli, say azdır, olmaqda da...
19.02.20
Messi və Hamilton eyni mükafatı qazandı Messi və Hamilton eyni mükafatı qazandı
"Laureus World Sports Awards" mükafatının sahibləri müəyyənləşib. ...
18.02.20
Kolumbiyanın səfiri: Azərbaycanda idmana böyük diqqət göstərilir Kolumbiyanın səfiri: Azərbaycanda idmana böyük diqqət göstərilir
Azərbaycanda idmana böyük diqqət göstərilir. ...
16.02.20
Nazim Babayev Balkan ölkələrinin çempionatında qızıl medal qazanıb Nazim Babayev Balkan ölkələrinin çempionatında qızıl medal qazanıb
Atletika üzrə Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində keçirilən Balkan ölkələrinin çempionatında çıxış edib. ...
15.02.20
Zakari Qross: Azərbaycan dünya idmanında vacib rol oynayır Zakari Qross: Azərbaycan dünya idmanında vacib rol oynayır
Azərbaycanda müntəzəm olaraq müxtəlif idman tədbirləri keçirilir. Biz ölkənin dünya idmanında vacib rol oynadığını görürük. ...
15.02.20
"O çətin dövrdə başqa kluba keçsəydik, "Qarabağ" dağılardı" - Müsahibə
Bu gün Azərbaycan futbolunun əfsanələrindən biri, uzun illər "Qarabağ"da oynayan və komandanın kapitanı olmuş Müşfiq Hüseynovun 50 yaşı tamam olur. Qol.az saytı bu əlamətdar gün münasibəti ilə...
14.02.20
Elçin Cəfərov: “Ölkə rəhbərliyinin təbriki idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir” Elçin Cəfərov: “Ölkə rəhbərliyinin təbriki idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir”
İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan yığması bu gün Vətənə qayıdıb. ...
14.02.20
Üç erməni idmançını məğlub edən Bakı məktəblisi Üç erməni idmançını məğlub edən Bakı məktəblisi
Paytaxt məktəblisi İranda keçirilən beynəlxalq yarışda böyük uğura imza atıb. ...
13.02.20
Mehriban Əliyeva Azərbaycan yığmasını təbrik edib Mehriban Əliyeva Azərbaycan yığmasını təbrik edib
Azərbaycan I vitse-prezidenti Mehriban Əliyeva İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında uğur qazanan güləşçiləri təbrik edib. ...
13.02.20
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.