Azərbaycanda Qurban Bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı məlum olub.
Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun ANS PRESS-ə verdiyi məlumata görə, bayram namazı oktyabrın 16-da səhər saat 09:00-da qılınacaq.
Bütün məscidlərdə, o cümlədən “Təzə Pir” məscidində də bayram namazı qılınacaq.
Qeyd edək ki, Azərbaycanda oktyabrın 15-i və 16-sı Qurban Bayramı günü kimi qeyd olunur.