https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
26 Aprel 2024
25 Aprel 2024

“Qarabağ”dan APOEL və Kipr polisinə siyasi təxribatla bağlı müraciət

“Qarabağ”dan APOEL və Kipr polisinə siyasi təxribatla bağlı müraciət

“Qarabağ” APOEL-lə bu gün keçiriləcək oyunda mümkün təxribatların qarşısını almaq üçün Kipr klubuna müraciət edib.

Bu haqda Qol.az saytına Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib. Ötən həftə APOEL-ə və klub vasitəsi ilə Kipr polisinə ünvanlanan müraciətdə stadiona Dağlıq Qarabağın separatçı rejiminin bayrağının buraxılmaması xahiş olunub.

“Bizə bildirildi ki, tribunada Yunanıstanın bayrağı olacaq. Bunu normal qəbul edirik. Azərbaycan klublarının da oyunlarında Türkiyənin bayrağı açılır. Tanınmayan, qondarma respublikanın bayrağı isə stadiona buraxılmayacaq. Ola bilər, kimsə gizli şəkildə “bayrağ”ı tribunaya keçirsin. Amma görünən kimi, oradan yığışdırılacaq. Bununla əlaqədar görüşümüz olub və bizə vəd edilib ki, həm bu, həm də digər təxribatların qarşısı alınacaq” – deyə klub rəsmisi bildirib.



O, “Qarabağ”ın APOEL-lə münasibətlərinin normal olduğunu deyib: “Biz mümkün təxribatın qarşısını almaq üçün zəmanət almışıq”.

Xatırladaq ki, Azərbaycan və Kipr klublarının bundan əvvəlki oyunları zamanı Ermənistanın və Dağlıq Qarabağın seperatçı rejimlərinin bayrağı açılıb. Bundan başqa Azərbaycanın bayrağı təhqir olunub, Türkiyənin bayrağı yandırılıb, yaxud buna cəhdlər edilib.

Əlavə edək ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin APOEL – “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 21.00-da Nikosiya şəhər stadionunda başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.