Türkiyə və Suriya arasındakı münasibətlər hava uçuşlarında da özünü biruzə verib.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Xarici İşlər Naziri Əhməd Davudoğlu Suriyaya aid sərnişin təyyarəsinin Əsənboğa hava limanında yerə endirildiyini söyləyib.
O, buna səbəb kimi təyyarənin yük hissəsində sərnişin təyyarəsinə xas olmayan bəzi vəsaitlərin olmasını göstərib.
Davudoğlu “məlumat doğru olarsa, biz beynəlxalq hüquqla vəziyyəti tənzimləyəcəyik. Sərnişin təyyarələrində başqa bir vəsaitin daşınması qanun pozuntusu anlamına gəlir” deyə açıqlama verib.
Suriyadakı amansız rejimə qarşı silah satışına nəzarət etməkdə qərarlı olduqlarını söyləyən Davudoğlu Türkiyə hava məkanının ciddi nəzarətə alındığını qeyd edib. Hazırda Türkiyənin hava məkanı Suriya təyyarələrinin uçuşu üçün açıqdı.
Dəməşqdən Moskvaya uçuş edən təyyarə 9 saatdan sonra Ankara hava məkanını tərk edib. Təyyarədə aparılan axtarışlar zamanı silah sistemləri və hərbi rabitə üçün lazım olan cihazlar aşkar edilib.
Nigar Məhərrəm