|
|
|
|
Bu gün Azərbaycanın işğal olunmuş Kəlbəcər və Laçın rayonlarından olan bir qrup məcburi köçkünlə Xarici İşlər Nazirliyində (XİN) görüş keçirilib.
APA-nın xəbərinə görə, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva “Twitter” səhifəsində bildirib.
“Hər 2 rayonun sakinləri adından Xarici İşlər Nazirliyinə yazılı bəyanat təqdim edilib. Torpaqlarımızın azad olunması, köçkünlərimizin evlərinə qayıtmasının təmin edilməsi tələbi səsləndirildi!”, - L. Abdullayeva qeyd edib.