Avqustun 14-də Dənizkənarı Milli Parkda “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda bayram tədbiri keçirilib.
APA-nın məlumatına görə, tədbir Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyinə həsr edilib.
Bayram tədbirində Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində inkişafı və əldə etdiyi xidməti nailiyyətlər, dövlət sərhədləri, sərhəd mühafizə tarixi, dövlət sərhədinin mühafizəsində tətbiq olunan hərbi və döyüş texnikası, silahlar və xüsusi sərhəd mühafizə avadanlığı haqqında haqqında məlumat verilib.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin ZTR 70 "S", Cobra, SKLET kimi döyüş və zirehli texnikası, uçuş vasitələri, HAROP tipli pilotsuz uçan aparatları, sərhəd gözətçi gəmiləri, Azərbaycan və müxtəlif ölkələrin istehsalı olan ən müasir silah və sursatları, sərhəd mühafizə və digər xüsusi hərbi avadanlıqlar, dövlət sərhədinin mühafizəsində istifadə olunan mühəndis-texniki qurğular, sərhəd nəzarəti texnikası nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib.