../img/pics/medium/143959_rmv3dbwaw2.jpg Alim və müəllim ömrünün bəhrəsi
../img/pics/medium/143961_jmp4bfec3r.jpg "525-ci qəzet"in 23 oktyabr sayında nələr var? - ANONS
../img/pics/medium/143936_jk45ntnulo.jpg Azərbaycan Dövlət Universiteti 1959-1969-cu illərdə - BDU-100
../img/pics/medium/143937_vdozv44c4l.jpg Şahin Mustafayev baş nazirin müavini təyin edildi
SON XƏBƏRLƏR
22 Oktyabr 2019

“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov

“Qarabağ” on nəfərlə oynadı - <b style="color:red">Aydın Bağırov </b>

Aydın BAĞIROV
[email protected]

Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran alman Tomas Dollu gətirib, bir az bədgümanlıqla dedi: "Bu, çox pis oldu".

İki gün əvvəl isə mətbuat konfransında Qurban Qurbanov eyni fikri təsdiq edib söylədi ki, rəqib düşərgədə baş məşqçi dəyişikliyi "Qarabağ"ın əleyhinə işləyə bilər.

İşlədi də...

Yəqin hər iki oyunu izləyənlərin çoxu təsdiq edə bilər ki, futbolçular eyni olsa da, APOEL bir həftə əvvəl bizə uduzan APOEL deyildi: nə taktikası, nə ruhu, nə canı, nə də qanı ilə. Daha güclü, istəkli, təzyiq edən, nəhayət, xüsusən müdafiədə ağıllı oynayan bir APOEL vardı. Aradakı bu inqilabi fərqin isə sadə səbəbi odur ki, Tomas Dolla beşcə gün kifayət etmişdi ki, “Qarabağ”ın oyununu təpədən dırnağa qədər öyrənə bilsin. Öyrəndi, gəlib burda bizi uddu və heç kiprlilərin özlərinin də gözləmədiyi halda APOEL-i ÇL-in pley-offuna çıxardı.

İki məşqçinin qarşıdurmasında bu matçı udan birmənalı şəkildə Tomas Doll, uduzansa Qurban Qurbanov oldu. Amma əksi də ola bilərdi, olmalı idi də. "Qarabağ" bu gün Avropa Liqasının deyil, yenidən Çempionlar Liqasının pley-offunda oynamalıydı. Əla bir şans yaranmışdı. Heç vaxt olmadığı qədər. Bundan sonra belə bir şans olacaqmı, zaman göstərər. Amma “Qarabağ” APOEL-i keçməli idi. Rəqibin ilk oyundan sonra təcili məşqçi dəyişikliyinə getməsi Qurban müəllimin cavab oyunu üçün planını poza da bilərdi. Amma bu dəyişikik heç bir halda dünənki acınacaqlı məğlubiyyəti sığortalaya bilməz.

Ona görə ki, bizə problemi birinci Tomas Doll, ikinci onun komandası, üçüncüsü özümüz yaratmışdıq. Problemləri sadalasaq, bitməyəcək. Amma sadalayaq.

Müdafiə

Rəşad Sadıqovun birinci qolda birbaşa səhvi oldu. Ümumiyyətlə, neçə vaxtdı ortada problemlər yaşanır. Bədavi zədəlidir, Rahilin təcrübəsi belə yüksək səviyyəli oyunlar üçün yetərli deyil. Rəşad bu ili ümumən yaxşı səviyyədə keçirsə də, APOEL-lə hər iki oyunda təhlükəli səhvlər etdi. Onun biri qapımıza qolla nəticələndi. Rəqiblər gücləndikcə müdafiədəki çatışmazlıqlar daha qabarıq üzə çıxır. Bütün bunlardan sonra “Qarabağ” mərkəzə yeni oyunçu almaq barədə, nəhayət, konkret fəaliyyətə keçməlidir.

Qapı

Vaqner səviyyəli oyunçudur, amma bu qədər yüksək büdcəsi (Azərbaycan miqyasında) olan komandada onun rəqabət aparacağı ikinci səviyyəli qapıçının olmaması təəccüb doğurur. Braziliyalı sanki özünü rahat, toxunulmaz hiss edir və elə ona görə də... Yaxşısı budu, Yutubda dünən qapımıza vurulan ikinci qola baxın. Vaqner çıxarmalıydı o topu. Belə vacib oyunlarda da ciddi səhvlər edilirsə, sual yaranır: ikinci qapıçı niyə hələ də alınmayıb və nə vaxt alınacaq?

Yarımmüdafiə

Yarımmüdafiənin cinahları uğurludur. Yeni oyunçulardan Xayme əla, zədə ilə üzləşməsə gələcəkdə “Qarabağ”ın ulduzu səviyyəsində ola biləcək transferdir. Amma Ozobiçin zədələnməsindən sonra orta xətt elə bil iflic olub. Simeon Slavçev bəlkə də Bolqarıstanda əla oyunçu ola bilər, amma Qurban Qurbanovun sisteminə qətiyyən aid deyil! Və düz bir ildir ki, belədir! Bir ildir... Meydanda olmasının “Qarabağ”ın həm oyununa, həm də büdcəsinə zərəri dəyir. Ümumiyyətlə, “Qarabağ” belə lazımsız oyunçulara niyə pul xərcləyir, anlaşılan deyil. Slavçev üç oyuna düz dörd əla qol şansını boşa verib. Ona verilən tapşırıqların öhdəsindən gələ bilmir. Qol epozodları yarada  bilmir.

Dünənki oyuna baxın. “Qarabağ” onun meydanda 73 dəqiqə olduğu müddətdə sanki 10 nəfərlə oynayırdı. Dani meydana girəndə bir balaca komanda oyununda dirilmə hiss olundu. Amma artıq gec deyildimi? 73-cü dəqiqə idi. Bəs, əvəzetmə, 46, yaxud 50-də olsa, necə olardı? Yaxud digər əvəzetmələr. Bu suallar artıq heç nəyi dəyişmir... Cavabını gözləyən bir məsələ isə hələ qalmaqdadır: Ozobiçin yoxluğunda orta xətdə axtarılan əlavə oyunçu nə vaxt tapılacaq? Səviyyəli oyunçular Azərbaycan futbolunun aşağı səviyyəsinə görə bura gəlmirlər. Amma onlara bazar qiymətindən bir az artıq artıq pul verilsə necə? Klub rəhbərliyi bu haqda nəsə düşünürmü? Düşünmürsə, düşünməlidir. Hər halda legionerlərin heç biri bura Azərbaycan, ya Qarabağ sevgisinə görə gəlmir. Amma bir az artıq pula, necə deyərlər, qaça-qaça gələcəklər. Yoxsa, bu gedişat göstərir ki, komanda Avroliqada qrupa düşsə, yenə sonuncu olacaq.

Komandada son nöqtəni tamamlayan hücumdur. Mahir Emrelidə inkişaf gedir. Az halda olsa belə, avrokuboklarda vacib qollar vurur, çox işləyir, yaxşı mənada inadkardır. Maqaye Qayenin isə yaxşı qol duyumu və mövqe seçimi var (fakt: Kiprdəki topa ilk toxunuşunun qol olması). Amma gec transfer olunub. O qədər gec ki... Hələ də artıq çəkisini azaldaraq normaya salmayıb, komandasına 60 faiz səviyyəsində belə uyğunlaşmayıb. Halbuki indi əsas heyətdə oynayıb, qollar vurmalıydı. Və o qollar “Qarabağ”ı Çempionlar Liqasında “pley-off”a aparmalıydı. Amma apara bilmədi. Nə o, nə başqa futbolçular, nə də Qurban Qurbanov...

Deməli, alın yazımızla - Avroliqa ilə barışmalıyıq.

Qol.az


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
Bizim “Çelsi”... - Aydın Bağırov yazır Bizim “Çelsi”... - Aydın Bağırov yazır
“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa...
27.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
Maltadan Bakıya qayıdanda... Maltadan Bakıya qayıdanda...
Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya...
11.09.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
“Qarabağ”a nə olub? “Qarabağ”a nə olub?
Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok...
26.08.18
Cənubi koreyalılar haqda... Cənubi koreyalılar haqda...
Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa...
16.07.18
Vicdan məsələsi Vicdan məsələsi
Əvvəl komandası “Qarabağ” Sloveniyada “Olimpiya” ilə qarşılaşır, ertəsi səhər tezdən təyyarə onları Bakıya gətirir. Oyunun və səfərin yorğunluğu bir-birinə qarışıb. Bu vəziyyətdə, adətən,...
13.07.18
Moskva küçələrindən qeydlər Moskva küçələrindən qeydlər
Əvvəl pasportumu, dünya çempionatı üçün sənədlərimi, sonra məni diqqətlə nəzərdən keçirəndən sonra heç nə olmamış kimi sakit şəkildə deyir: ...
16.06.18
Futbolu ləkələyən qumarbazlar haqda Futbolu ləkələyən qumarbazlar haqda
Oxucuların yadında olar. Bir müddət əvvəl Zlatan İbrahimoviç Rusiyadakı dünya çempionatında oynamaq istədiyini deyəndə FİFA elə titrədi ki, elə bil bunlara neçə min voltluqsa tok qoşublar....
03.05.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.