|
|
|
|
Ermənistanın Qeqarkunik vilayətində 5 nəfərdə qarayara aşkarlanıb.
APA-nın “Armen Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Qeqhovit kəndindən iki nəfər xəstəxanaya müraciət edib. Onlar bir neçə gün öncə kənddə mal-qara kəsdiklərini bildiriblər.
Səhiyyə Nazirliyinin əməkdaşları kənddə daha 6 nəfərdə xəstəliyin olmasından şübhələniblər. Beş nəfər Yerevanda yerləşən Nork Yoluxucu Xəstəliklər Hospitalına yerləşdirilib. Onların hamısında qarayara aşkarlanıb.