Ağdaşda sünnət toyunda zəhərlənən 10 nəfər ötən gecə və səhər saatlarında xəstəxanaya müraciət edib.
Ağdaş Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, həmin şəxslərə ambulator yardım göstərildikdən sonra evə buraxılıblar.
*** 16:47
Ağdaşda kütləvi zəhərlənmə olub.
APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Cardam kəndində təşkil olunmuş sünnət toyunda qeydə alınıb.
Mərasimdə iştirak edənlər – 4 yaşlı Polad Əsgərov, 1 yaşlı Turan Cəbrayılov, 4 yaşlı Əlövsət Cəbrayıllı, 4 yaşlı Zeynəb Cəbrayılova, 3 yaşlı Fərid Cəbrayıllı, 6 yaşlı Seymur Əsgərov, 13 yaşlı Vüsalə Mehdiyeva, 23 yaşlı Ramilə Abbasova, 32 yaşlı Kamilə Məmmədova, 37 yaşlı Yasəmən Cahangirova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olublar.
Faktla bağlı araşdırma aparılır.