|
|
|
|
Başda ABŞ və Rusiya olmaqla çoxlu sayda ölkə və qurum aylardır Cenevrə-2 sülh konfransında Suriya rejimi və müxalifətini bir araya gətirmək üçün cəhd göstərir.
Son günlərdə Suriya baş nazirinin müavinindən Rusiya və Ərəb Birliyinə qədər çoxlu sayda ölkə və təşkilat konfransın 23 noyabrda keçiriləcəyi barədə həmfikir olduqlarını açıqladı.
Amma Livanda fəaliyyət göstərən bir televiziya kanalına açıqlama verən Suriya dövlət rəhbəri Bəşər Əsəd Cenevre-2 sülh konfransına zərbə vuracak sözlər ifadə edib.
Əsəd deyib ki, konfrans üçün lazım olan faktorlar mövcud deyil. Müxalifəti kimin təmsil edəcəyi isə naməlumdur.
Digər tərəfdən ABŞ dövlət katibi Con Kerry, Ərəb ölkələrinin xarici işlər nazirlərilə bir araya gəlib.
Parisdə keçirilən görüşdə, Suriya məsələsində təsirli olacaq bütün mövzuların müzakirə olunduğu açıqlanıb.
Bəşər Əsəd isə Livan televiziyasına verdiyi açıqlamada, gələcək il keçiriləcək seçkilərdə namizəd olmasına bir maneə olmadığını deyib.
Əsədin sözlərinə cavab kimi Con Kerri bildirib ki, hərgah Əsəd yenidən seçilsə Suriyadakı vətəndaş müharibəsi uzun müddət davam edəcəkdir.
TRThaber