Rusiya Azərbaycanla 2S31 «Vena» özüyeriyən topların alğı-satqısına dair müqaviləni 2014-cü ilin sonuna qədər tam şəkildə həyata keçirəcək.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Yaxın vaxtlarda «Kurqanmaşzavod» müəssisəsi tərəfindən istehsal olunmuş özüyeriyən topların ilk partiyası Azərbaycana təhvil veriləcək.
Qeyd edək ki, Azərbaycan və Rusiya arasında 2012-ci ildə imzalanmış müqavilə çərçivəsində 18 ədəd «Vena» özüyeriyən artilleriya qurğusu alınması nəzərdə tutulub. BMP-3 döyüş maşınlarının şassisi üzərində hazırlanmış «Vena» sistemi 120 mm çaplı topa malikdir.
Xatırladaq ki, bu ilin sentyabr ayında Azərbaycanın sifariş verdiyi «Vena»ların istehsalına başlanıldığını əks etdirən fotolar yayılıb.