|
|
|
|
Papa həftəlik çıxışında ilk dəfə ərəb dilində dua edib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Vatikanın verdiyi qərara uyğun olaraq, Roma Papası XVI Benediktusun həftəlik çıxışının bir xülasəsi ərəb dilinə tərcümə olunub.
Papanın çıxışını oxuyan rahib xalqı ərəb dilində salamlayıb. O ,bildirib ki, Papa bütün ərəbcə danışan xalqlar üçün dua edir.
Bu hadisə Müqəddəs Pyotr meydanında toplaşan müsəlman türistlər tərəfindən məmnuniyyətlə qarşılanıb.
RAMİQ