../img/pics/medium/165582_3kl5inu5df.jpg Vətəndaşlar hansı halda rayonalara gedə bilərlər?
../img/pics/medium/165577_exp4z1fyxe.jpg "Açıq havada kiçik kafelərin işləməsi məsələsi müzakirə ediləcək"
../img/pics/medium/165561_p06ycy93qh.jpg Ölkə üzrə qüvvədə olan məhdudiyyətlər hansılardır?
../img/pics/medium/165560_5ivmcnfp0d.jpg 13 şəhər və rayonda qüvvədə olan məhdudiyyətlər - Siyahı
SON XƏBƏRLƏR
4 Avqust 2020
3 Avqust 2020
2 Avqust 2020

Röya: "Qəşəng qız baha olar"

Röya: "Qəşəng qız baha olar" <b style="color:red"></b>

"İnstaqramdakı informasiyalardan bezdim: biri arvadını başqa kişi ilə tutdu çəkdi. Bunları görmək istəmirəm. Ola bilər səhvimiz olub, bunlarla böyümüşük. Amma incəsənətdəkilərin səhvlərindən danışmıram. Bizə olar. Çimərlikdə şəkil çəkdirmək və sair normaldır. Sadə camaatda bunları görmək istəmədim, proqramı sildim".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Röya Ayxan "MTV Azərbaycan"a müsahibəsində deyib.

O, İnstaqramdan gedişini depresiya ilə əlaqələndirənlərə də cavab verib:

"Depresiyaya düşüb, İnstaqrama vida etməmişdim. Sadəcə, şəkil çəkdirməkdən zəhləm gedir, bir az xoşuma gəlmədi, atdım. Mən beləyəm".

Əkiz qardaşları İsmayıl və Ayxanın əsgərlikdən qayıtdığını söyləyən Röya onları evləndirmək niyyətindədir:

"Biri özünü öldürür ki, məni evləndirin. O birinin isə nişanlısı var, deyirik evlən, cavab verir ki, tezdir".

Müğənni rayon toylarına getməməsi barədə sualları da cavablandırıb:

"Rayon toylarına getmirəm" sözünü zarafatla demişəm. Rayon toyuna gedəndə hamı oturur, əl çalır. Başqa müğənnilərdə isə ortalığa düşüb, oynayırlar.

Buna görə də yaxşısı budur ki, ora konsertə gedim. Deyirəm, bəlkə toya mənim mahnılarımla ağlamağa gəlirlər. Amma rayon toylarına çox az gedirəm. Getdiyim bölgə əsasən, Şəmkirdir. Orada məni çox istəyirlər. Bir də deyirlər ki, qiymət bahadır. Qadanalım, qəşəng qız baha olar da".


 
Bölmənin digər xəbərləri
Rotterdam 2021-ci ildə “Eurovision”u qəbul etməyə hazırdır Rotterdam 2021-ci ildə “Eurovision”u qəbul etməyə hazırdır
Rotterdam Şəhər Şurasının üzvləri 2021-ci ildə Eurovision Mahnı Müsabiqəsinin keçirilməsinə səs veriblər. ...
24.04.20
Məşhur ifaçı koronavirusa yoluxdu Məşhur ifaçı koronavirusa yoluxdu
Amerikalı müğənni Pink koronavirusa yoluxduğunu açıqlayıb. ...
04.04.20
Arif Quliyev qadağanı pozdu Arif Quliyev qadağanı pozdu
Xalq artisti Arif Quliyev 65 yaşla bağlı qadağanı pozub, polis əməkdaşları onu evə göndərib. ...
26.03.20
Həbsdə olan tanınmış Hollivud prodüseri koronavirusa yoluxdu Həbsdə olan tanınmış Hollivud prodüseri koronavirusa yoluxdu
Həbsdə olan tanınmış Hollivud prodüseri Harvey Vaynştayn koronavirusa yoluxub. ...
23.03.20
Aktrisa Muhterem Nur vəfat edib Aktrisa Muhterem Nur vəfat edib
Türkiyənin məşhur aktrisası vəfat edib. ...
20.03.20
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.